Təhsil 365 - Logo Mobile

BDU-nun rektoru və nümayəndə heyəti “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində iştirak edir

20308.11.2025 - 04:50
BDU-nun rektoru və nümayəndə heyəti “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində iştirak edir

4–6 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq ali təhsil tədbirlərindən biri – “QS Higher Ed Summit: Asia Pacific 2025” keçirilir. Sammitin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

“Tehsil365” Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edir. Üç gün davam edəcək sammit çərçivəsində 180 məruzəçinin çıxışlarının nəzərdə tutulduğu sessiyalarda ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni tədris və tədqiqat modellərinin tətbiqi, həmçinin universitetlərin qlobal inkişaf proseslərində artan roluna dair müzakirələr aparılacaq.

Sammitin açılış mərasimi Koreya Universitetinin "Inchon Memorial Hall Auditorium" zalında baş tutub. Plenar sessiyada “Quacquarelli Symonds” (QS) şirkətinin baş vitse-prezidenti Ben Sowter və Koreya Universitetinin prezidenti Dong-One Kim açılış nitqləri ilə çıxış ediblər.

Tədbirin fəxri qonağı – Birləşmiş Millətlər Təşkilatının səkkizinci Baş katibi Pan Gi Mun (Ban Ki-moon) ali təhsilin qlobal dayanıqlı inkişafda və beynəlxalq əməkdaşlığın gücləndirilməsində roluna həsr olunmuş əsas çıxışı ilə sammitin ilk sessiyasını açıb. Daha sonra “Happiness Planet” şirkətinin baş icraçı direktoru Dr. Kazou Yano tərəfindən texnologiya və insan rifahı mövzusunda açılış məruzəsi təqdim olunub.

Sammit çərçivəsində regionun və dünyanın müxtəlif ölkələrindən olan universitet rəhbərləri, akademik heyət və ekspertlər təhsilin gələcəyi, rəqəmsal transformasiya, innovasiya və beynəlxalq tərəfdaşlığın yeni modelləri barədə fikir mübadiləsi aparırlar. BDU nümayəndə heyəti də ali təhsildə qlobal qabaqcıl təcrübələrin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və Universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə sammitin müzakirə və sessiyalarında fəal iştirak edir, həmçinin tədbir çərçivəsində Koreya Universitetində yaradılmış müasir infrastruktur və akademik mühitlə tanış olur.

Qeyd edək ki, artıq 21 ildir təşkil olunan bu sammit müxtəlif regionların ali təhsil liderlərini, biznes və dövlət nümayəndələrini, həmçinin akademik mühitin tanınmış ekspertlərini bir araya gətirərək, ali təhsildə əməkdaşlıq və innovasiyanın inkişafı üçün aparıcı platforma kimi tanınır. Bu il Seulda keçirilən tədbirə 1500-dən çox iştirakçı qatılıb. “QS Higher Ed Summit: Asia Pacific 2025” sammiti Asiya-Sakit okean regionunda ali təhsilin inkişafına dair qabaqcıl ideyaların paylaşılması və universitetlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platformadır. Builki sammit “Nəsillərarası uğura ilham vermək: bacarıqların və tədqiqat mühitinin inkişafı” mövzusuna həsr olunub.

Əli İbrahimov

Xəbər Lenti

Alimlər beyin atlası tərtib etdilər08.11.2025 - 14:00
Zəfər Muzeyinin divarlarına şəhidlərimizin adları həkk olunub08.11.2025 - 13:45
Ərdoğandan Zəfər Günü ilə bağlı paylaşım edib08.11.2025 - 13:30
Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib08.11.2025 - 13:15
Qalmaqallı direktorun yerinə yeni təyinat olunub08.11.2025 - 13:00
Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi08.11.2025 - 12:45
Şagirdlərdən “Bayraq yolu” tamaşası səhnəyə qoyuldu08.11.2025 - 12:30
Zəfər Günü Şamaxıda qeyd olundu08.11.2025 - 12:15
Prezident hərbi paraddan fotolar paylaşıb08.11.2025 - 12:00
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq08.11.2025 - 11:45
Bakıda hərbi parad başa çatıb08.11.2025 - 11:30
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib08.11.2025 - 11:15
Cornell Universiteti Tramp administrasiyası ilə 60 milyon dollarlıq razılaşma imzalandı08.11.2025 - 11:00
Məktəblərə yeni uniforma təlimatı: Ailələrə dəstək və elastiklik vurğulanır08.11.2025 - 10:52
Böyük Britaniyada təhsil nevrologiyası üzrə yeni tədqiqat mərkəzi sçılır08.11.2025 - 10:39
Ayova təhsil sektorunda sarsıdıcı fırıldaq: Saxta diplomlar, silah və ictimai etimadın sarsılması08.11.2025 - 10:26
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir 08.11.2025 - 10:17
ABŞ-ın 100-dən çox universitetində Trampa qarşı etiraz aksiyaları keçirilib08.11.2025 - 10:13
Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib08.11.2025 - 10:05
Böyük Britaniyada kurikulum islahatı müzakirələrə səbəb olur08.11.2025 - 10:00
Fransada müəllimlər işi tərk etməklə hökumətə təzyiq göstərir08.11.2025 - 09:50
Bakıda Zəfər muzeyinin açılışı olub08.11.2025 - 09:43
ABŞ-da təhsil sahəsində son yeniliklər08.11.2025 - 09:39
Beynəlxalq təqaüdlər: Queen's University Belfast Hindistan kampusunda 20 yeni təqaüd elan etdi08.11.2025 - 09:26
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər08.11.2025 - 09:21
Böyük Britaniyada süni intellektin səhiyyə təhsilində rolu müzakirə olunur08.11.2025 - 09:21
Bu gün Zəfər Günü qeyd olunur08.11.2025 - 09:10
Kerala hökumətindən OEC tələbələrinə əlavə təqaüd dəstəyi08.11.2025 - 09:00
Şotlandiyada müəllimlər kütləvi olaraq təhsildən ayrılır08.11.2025 - 08:54
UNESCO IESALC-nin Latın Amerikası və Karib bölgəsində ali təhsil üzrə konfransı08.11.2025 - 08:37
Troy University ABŞ-da beynəlxalq təhsil həftəsini qeyd edəcək08.11.2025 - 08:24
Papa Leo XIV və Afrikada katolik təhsili08.11.2025 - 08:09
Abigail Zwerner 6 yaşlı şagird tərəfindən güllələnməsinə görə 10 milyon dollar qazandı08.11.2025 - 07:05
Müəllimlər “Vətənpərvərlik” təhsilinə valideynlərdən daha çox dəyər verirlər08.11.2025 - 06:52
Şərqi Dunbartonşirdə orta məktəbdə yanğın təhlükəsizliyi problemləri aşkarlandı08.11.2025 - 06:39
İsveçdə məktəblərdə qida israfına qarşı yeni model: sağlam səhər, davamlı gələcək08.11.2025 - 06:26
NEET PG 2025 məsləhətləşməsində yenilənmə və ali məhkəmənin müdaxiləsi08.11.2025 - 06:13
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi - “Şuşa, sən azadsan!”08.11.2025 - 06:08
BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib08.11.2025 - 06:00
“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub08.11.2025 - 05:56
Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib08.11.2025 - 05:55
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib08.11.2025 - 05:50
BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı08.11.2025 - 05:45
BDU və Malayziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.11.2025 - 05:40
Zəfər Günü hava necə olacaq? - PROQNOZ08.11.2025 - 05:40
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da olub08.11.2025 - 05:35
BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub08.11.2025 - 05:30
BDU-da “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir keçirilib08.11.2025 - 05:25