Təhsil 365 - Logo Mobile

BDU-da “Zəfərdən suveren gələcəyə” adlı konfrans keçirilib

10408.11.2025 - 04:55
BDU-da “Zəfərdən suveren gələcəyə” adlı konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən suveren gələcəyə” adlı konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin məharətli sərkərdəlik qabiliyyətini, Azərbaycan ordusunun rəşadətini, xalqımızın qüdrətini göstərdiyini deyib. Bildirib ki, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi dünya hərb tarixində öz layiqli yerini tutur. Tarixi Zəfər Azərbaycanın yeni qələbələri üçün təməl yaradıb, qələbədən ötən beş il ərzində ölkəmiz yeni uğurlara imza atıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın hər bir vətəndaşının, övladının torpaq uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Vətən müharibəsindən dərhal sonra həmin ərazilərdə bərpa və quruculuq işlərinin başlaması bizim bu torpaqların əsl sahibi olduğumuzun əsas göstəricisi idi. Bu gün doğma Qarabağımıza həm də Azərbaycanımızın mədəniyyəti, təhsili, ədəbiyyatı qayıdır. Hər il “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi, Qarabağımızın ürəyi Şuşa şəhərində beynəlxalq forum və tədbirlərin təşkili, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bütün dünyaya bir nümunədir. Bu prosesdə qardaş türk dövlətləri də yaxından iştirak edir, məktəblərin və yaşayış komplekslərinin yaradılmasında öz dəstəklərini göstərirlər. Artıq Qarabağ öz sahiblərinə qovuşub, dirçəliş və çiçəklənmə dövrünü yaşayır. Zəfərimiz mübarək olsun!”.

“Gənc Könüllülər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyev 30 il torpaq həsrəti ilə yaşayan xalqımızın artıq beş ildir ki, bütün dünyada, beynəlxalq tribunalarda başı dik şəkildə öz mövqeyini qürurla müdafiə etdiyini qeyd edib: “Yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın müasir mərhələsinin memarı bugünkü gənclərimiz olacaqdır. Bunun üçün gənclər Qarabağda aparılan yenidənqurma və bərpa işlərində, yeniliklərin tətbiqində öz innovativ yanaşmaları ilə yaxından çıxış etməli və prosesin aktiv iştirakçılarına çevrilməlidirlər. Beynəlxalq tədbirlərdə tarixi Zəfərimizin düzgün təqdimi və təbliği gənclərin vətəndaşlıq borcu və vəzifəsidir. İnanıram ki, müqəddəs Qələbəni bizə yaşadan gəncliyimiz bunu əbədi edəcək və daim qoruyacaq”.

Daha sonra çıxış edən Milli Məclisin üzvləri – Aydın Hüseynov və Müşfiq Məmmədli, Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva, Vətən müharibəsi iştirakçısı Rahil Xəlilov Zəfərin beş ilini suverenliyini tam bərpa etmiş ölkə kimi qeyd edən Azərbaycan xalqının bu gün çox xoşbəxt və qürurlu olduğunu qeyd ediblər. Həmçinin Vətən müharibəsi dövrünə aid xatirələrindən söz açıblar.

Sonda BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə - Zaman və Ali Baş Komandan” sənədli filmi nümayiş olunub.

Əli İbrahimov

Xəbər Lenti

BDU-da “Qarabağ zəfəri" mövzusunda elmi seminar keçirilib08.11.2025 - 14:05
Alimlər beyin atlası tərtib etdilər08.11.2025 - 14:00
Zəfər Muzeyinin divarlarına şəhidlərimizin adları həkk olunub08.11.2025 - 13:45
Ərdoğandan Zəfər Günü ilə bağlı paylaşım edib08.11.2025 - 13:30
Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib08.11.2025 - 13:15
Qalmaqallı direktorun yerinə yeni təyinat olunub08.11.2025 - 13:00
Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi08.11.2025 - 12:45
Şagirdlərdən “Bayraq yolu” tamaşası səhnəyə qoyuldu08.11.2025 - 12:30
Zəfər Günü Şamaxıda qeyd olundu08.11.2025 - 12:15
Prezident hərbi paraddan fotolar paylaşıb08.11.2025 - 12:00
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq08.11.2025 - 11:45
Bakıda hərbi parad başa çatıb08.11.2025 - 11:30
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib08.11.2025 - 11:15
Cornell Universiteti Tramp administrasiyası ilə 60 milyon dollarlıq razılaşma imzalandı08.11.2025 - 11:00
Məktəblərə yeni uniforma təlimatı: Ailələrə dəstək və elastiklik vurğulanır08.11.2025 - 10:52
Böyük Britaniyada təhsil nevrologiyası üzrə yeni tədqiqat mərkəzi sçılır08.11.2025 - 10:39
Ayova təhsil sektorunda sarsıdıcı fırıldaq: Saxta diplomlar, silah və ictimai etimadın sarsılması08.11.2025 - 10:26
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir 08.11.2025 - 10:17
ABŞ-ın 100-dən çox universitetində Trampa qarşı etiraz aksiyaları keçirilib08.11.2025 - 10:13
Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib08.11.2025 - 10:05
Böyük Britaniyada kurikulum islahatı müzakirələrə səbəb olur08.11.2025 - 10:00
Fransada müəllimlər işi tərk etməklə hökumətə təzyiq göstərir08.11.2025 - 09:50
Bakıda Zəfər muzeyinin açılışı olub08.11.2025 - 09:43
ABŞ-da təhsil sahəsində son yeniliklər08.11.2025 - 09:39
Beynəlxalq təqaüdlər: Queen's University Belfast Hindistan kampusunda 20 yeni təqaüd elan etdi08.11.2025 - 09:26
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər08.11.2025 - 09:21
Böyük Britaniyada süni intellektin səhiyyə təhsilində rolu müzakirə olunur08.11.2025 - 09:21
Bu gün Zəfər Günü qeyd olunur08.11.2025 - 09:10
Kerala hökumətindən OEC tələbələrinə əlavə təqaüd dəstəyi08.11.2025 - 09:00
Şotlandiyada müəllimlər kütləvi olaraq təhsildən ayrılır08.11.2025 - 08:54
UNESCO IESALC-nin Latın Amerikası və Karib bölgəsində ali təhsil üzrə konfransı08.11.2025 - 08:37
Troy University ABŞ-da beynəlxalq təhsil həftəsini qeyd edəcək08.11.2025 - 08:24
Papa Leo XIV və Afrikada katolik təhsili08.11.2025 - 08:09
Abigail Zwerner 6 yaşlı şagird tərəfindən güllələnməsinə görə 10 milyon dollar qazandı08.11.2025 - 07:05
Müəllimlər “Vətənpərvərlik” təhsilinə valideynlərdən daha çox dəyər verirlər08.11.2025 - 06:52
Şərqi Dunbartonşirdə orta məktəbdə yanğın təhlükəsizliyi problemləri aşkarlandı08.11.2025 - 06:39
İsveçdə məktəblərdə qida israfına qarşı yeni model: sağlam səhər, davamlı gələcək08.11.2025 - 06:26
NEET PG 2025 məsləhətləşməsində yenilənmə və ali məhkəmənin müdaxiləsi08.11.2025 - 06:13
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi - “Şuşa, sən azadsan!”08.11.2025 - 06:08
BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib08.11.2025 - 06:00
“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub08.11.2025 - 05:56
Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib08.11.2025 - 05:55
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib08.11.2025 - 05:50
BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı08.11.2025 - 05:45
BDU və Malayziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.11.2025 - 05:40
Zəfər Günü hava necə olacaq? - PROQNOZ08.11.2025 - 05:40
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da olub08.11.2025 - 05:35
BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub08.11.2025 - 05:30