Təhsil 365 - Logo Mobile

BDU-da şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

20308.11.2025 - 05:05
BDU-da şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Zəfər tarixini yazanlar” adlı tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş minlərlə qəhrəman arasında BDU-nun 22  şəhid məzunu var. Onlardan dörd nəfəri - Əsəd Əsədov, Cavid Manafov, Ataməli Musaoğlu və Erkin Hüseynov Sosial elmlər və psixologiya fakültəsinin məzunu olub. Həm Universitet, həm də fakültə rəhbərliyi tərəfindən şəhid məzunların xatirəsi daim uca tutulur, onların şərəfli ömür yoluna həsr edilmiş anım tədbirləri keçirilir, müntəzəm olaraq ailələrinə baş çəkilir və məzarları ziyarət olunur. Fakültədə təhsil alan şəhid və qazi övladları daim diqqətdə saxlanılır, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində müvafiq dəstək göstərilir. Dekan həmçinin fakültədə çalışan əməkdaşlardan üç nəfərinin - Pedaqogika kafedrasının dosenti Gülarə Kərimova, laborantı Aysu Əmrahova və Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın şəhid ailəsi üzvləri olduğunu qeyd edib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın həyat yoldaşı - 44 günlük Vətən müharibəsində həlak olmuş polkovnik-leytenant Nail Orucov haqqında danışıb. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyevaya isə həyat yoldaşı ilə  həmişə qürur duyduğunu, onun xatirəsini həmişə uca tutacağını bildirib.

Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və dosenti Səfurə Allahverdiyeva kafedranın dosenti Gülarə Kərimovanın həyat yoldaşı - I Qarabağ müharibəsi şəhidi Aydın Manerovun döyüş və həyat yolundan söz açıblar. Bildiriblər ki, Aydın Manerov Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə tabeliyində olan əsgərləri son nəfəsinədək müdafiə edib, özü isə qəhrəmancasına şəhid olub. Çıxış edənlər həmçinin Pedaqogika kafedrasının laborantı Aysu Əmrahovanın atası şəhid Saməddin Əmrahovun Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışıblar.

Sonda şəhidlər - Aydın Manerov, Saməddin Əmrahov və Nail Orucovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əli İbrahimov

Xəbər Lenti

Alimlər beyin atlası tərtib etdilər08.11.2025 - 14:00
Zəfər Muzeyinin divarlarına şəhidlərimizin adları həkk olunub08.11.2025 - 13:45
Ərdoğandan Zəfər Günü ilə bağlı paylaşım edib08.11.2025 - 13:30
Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib08.11.2025 - 13:15
Qalmaqallı direktorun yerinə yeni təyinat olunub08.11.2025 - 13:00
Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi08.11.2025 - 12:45
Şagirdlərdən “Bayraq yolu” tamaşası səhnəyə qoyuldu08.11.2025 - 12:30
Zəfər Günü Şamaxıda qeyd olundu08.11.2025 - 12:15
Prezident hərbi paraddan fotolar paylaşıb08.11.2025 - 12:00
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq08.11.2025 - 11:45
Bakıda hərbi parad başa çatıb08.11.2025 - 11:30
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib08.11.2025 - 11:15
Cornell Universiteti Tramp administrasiyası ilə 60 milyon dollarlıq razılaşma imzalandı08.11.2025 - 11:00
Məktəblərə yeni uniforma təlimatı: Ailələrə dəstək və elastiklik vurğulanır08.11.2025 - 10:52
Böyük Britaniyada təhsil nevrologiyası üzrə yeni tədqiqat mərkəzi sçılır08.11.2025 - 10:39
Ayova təhsil sektorunda sarsıdıcı fırıldaq: Saxta diplomlar, silah və ictimai etimadın sarsılması08.11.2025 - 10:26
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir 08.11.2025 - 10:17
ABŞ-ın 100-dən çox universitetində Trampa qarşı etiraz aksiyaları keçirilib08.11.2025 - 10:13
Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib08.11.2025 - 10:05
Böyük Britaniyada kurikulum islahatı müzakirələrə səbəb olur08.11.2025 - 10:00
Fransada müəllimlər işi tərk etməklə hökumətə təzyiq göstərir08.11.2025 - 09:50
Bakıda Zəfər muzeyinin açılışı olub08.11.2025 - 09:43
ABŞ-da təhsil sahəsində son yeniliklər08.11.2025 - 09:39
Beynəlxalq təqaüdlər: Queen's University Belfast Hindistan kampusunda 20 yeni təqaüd elan etdi08.11.2025 - 09:26
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər08.11.2025 - 09:21
Böyük Britaniyada süni intellektin səhiyyə təhsilində rolu müzakirə olunur08.11.2025 - 09:21
Bu gün Zəfər Günü qeyd olunur08.11.2025 - 09:10
Kerala hökumətindən OEC tələbələrinə əlavə təqaüd dəstəyi08.11.2025 - 09:00
Şotlandiyada müəllimlər kütləvi olaraq təhsildən ayrılır08.11.2025 - 08:54
UNESCO IESALC-nin Latın Amerikası və Karib bölgəsində ali təhsil üzrə konfransı08.11.2025 - 08:37
Troy University ABŞ-da beynəlxalq təhsil həftəsini qeyd edəcək08.11.2025 - 08:24
Papa Leo XIV və Afrikada katolik təhsili08.11.2025 - 08:09
Abigail Zwerner 6 yaşlı şagird tərəfindən güllələnməsinə görə 10 milyon dollar qazandı08.11.2025 - 07:05
Müəllimlər “Vətənpərvərlik” təhsilinə valideynlərdən daha çox dəyər verirlər08.11.2025 - 06:52
Şərqi Dunbartonşirdə orta məktəbdə yanğın təhlükəsizliyi problemləri aşkarlandı08.11.2025 - 06:39
İsveçdə məktəblərdə qida israfına qarşı yeni model: sağlam səhər, davamlı gələcək08.11.2025 - 06:26
NEET PG 2025 məsləhətləşməsində yenilənmə və ali məhkəmənin müdaxiləsi08.11.2025 - 06:13
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi - “Şuşa, sən azadsan!”08.11.2025 - 06:08
BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib08.11.2025 - 06:00
“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub08.11.2025 - 05:56
Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib08.11.2025 - 05:55
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib08.11.2025 - 05:50
BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı08.11.2025 - 05:45
BDU və Malayziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.11.2025 - 05:40
Zəfər Günü hava necə olacaq? - PROQNOZ08.11.2025 - 05:40
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da olub08.11.2025 - 05:35
BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub08.11.2025 - 05:30
BDU-da “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir keçirilib08.11.2025 - 05:25