Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib

20408.11.2025 - 05:50
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib

Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini böyük qürur hissi ilə qeyd edir. 5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi: “Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu düşmən tərəfindən bir mülki obyektə belə silah tuşlamadı. Vətən müharibəsi elə bir müharibə idi ki, xalq öz Ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşmişdi. Dünyada elə bir dövlət yoxdu ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlasın. Biz dünyaya sübut elədik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ edirlər. BDU tələbələri tərəfindən silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar qazandı, onu qorumaq və möhkəmləndirmək isə gənc nəslin üzərinə düşür”.

“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə gördüyü işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət mövzularında məlumatlandırılmasının əhəmiyyətindən danışıb.

Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” adlı panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin üzvü Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, ordumuzun göstərdiyi qəhrəmanlığın isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.

Qeyd edək ki, tədbirin məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.

Əli İbrahimov

Xəbər Lenti

BDU-da “Qarabağ zəfəri" mövzusunda elmi seminar keçirilib08.11.2025 - 14:05
Alimlər beyin atlası tərtib etdilər08.11.2025 - 14:00
Zəfər Muzeyinin divarlarına şəhidlərimizin adları həkk olunub08.11.2025 - 13:45
Ərdoğandan Zəfər Günü ilə bağlı paylaşım edib08.11.2025 - 13:30
Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib08.11.2025 - 13:15
Qalmaqallı direktorun yerinə yeni təyinat olunub08.11.2025 - 13:00
Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi08.11.2025 - 12:45
Şagirdlərdən “Bayraq yolu” tamaşası səhnəyə qoyuldu08.11.2025 - 12:30
Zəfər Günü Şamaxıda qeyd olundu08.11.2025 - 12:15
Prezident hərbi paraddan fotolar paylaşıb08.11.2025 - 12:00
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq08.11.2025 - 11:45
Bakıda hərbi parad başa çatıb08.11.2025 - 11:30
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib08.11.2025 - 11:15
Cornell Universiteti Tramp administrasiyası ilə 60 milyon dollarlıq razılaşma imzalandı08.11.2025 - 11:00
Məktəblərə yeni uniforma təlimatı: Ailələrə dəstək və elastiklik vurğulanır08.11.2025 - 10:52
Böyük Britaniyada təhsil nevrologiyası üzrə yeni tədqiqat mərkəzi sçılır08.11.2025 - 10:39
Ayova təhsil sektorunda sarsıdıcı fırıldaq: Saxta diplomlar, silah və ictimai etimadın sarsılması08.11.2025 - 10:26
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir 08.11.2025 - 10:17
ABŞ-ın 100-dən çox universitetində Trampa qarşı etiraz aksiyaları keçirilib08.11.2025 - 10:13
Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib08.11.2025 - 10:05
Böyük Britaniyada kurikulum islahatı müzakirələrə səbəb olur08.11.2025 - 10:00
Fransada müəllimlər işi tərk etməklə hökumətə təzyiq göstərir08.11.2025 - 09:50
Bakıda Zəfər muzeyinin açılışı olub08.11.2025 - 09:43
ABŞ-da təhsil sahəsində son yeniliklər08.11.2025 - 09:39
Beynəlxalq təqaüdlər: Queen's University Belfast Hindistan kampusunda 20 yeni təqaüd elan etdi08.11.2025 - 09:26
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər08.11.2025 - 09:21
Böyük Britaniyada süni intellektin səhiyyə təhsilində rolu müzakirə olunur08.11.2025 - 09:21
Bu gün Zəfər Günü qeyd olunur08.11.2025 - 09:10
Kerala hökumətindən OEC tələbələrinə əlavə təqaüd dəstəyi08.11.2025 - 09:00
Şotlandiyada müəllimlər kütləvi olaraq təhsildən ayrılır08.11.2025 - 08:54
UNESCO IESALC-nin Latın Amerikası və Karib bölgəsində ali təhsil üzrə konfransı08.11.2025 - 08:37
Troy University ABŞ-da beynəlxalq təhsil həftəsini qeyd edəcək08.11.2025 - 08:24
Papa Leo XIV və Afrikada katolik təhsili08.11.2025 - 08:09
Abigail Zwerner 6 yaşlı şagird tərəfindən güllələnməsinə görə 10 milyon dollar qazandı08.11.2025 - 07:05
Müəllimlər “Vətənpərvərlik” təhsilinə valideynlərdən daha çox dəyər verirlər08.11.2025 - 06:52
Şərqi Dunbartonşirdə orta məktəbdə yanğın təhlükəsizliyi problemləri aşkarlandı08.11.2025 - 06:39
İsveçdə məktəblərdə qida israfına qarşı yeni model: sağlam səhər, davamlı gələcək08.11.2025 - 06:26
NEET PG 2025 məsləhətləşməsində yenilənmə və ali məhkəmənin müdaxiləsi08.11.2025 - 06:13
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi - “Şuşa, sən azadsan!”08.11.2025 - 06:08
BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib08.11.2025 - 06:00
“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub08.11.2025 - 05:56
Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib08.11.2025 - 05:55
BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı08.11.2025 - 05:45
BDU və Malayziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.11.2025 - 05:40
Zəfər Günü hava necə olacaq? - PROQNOZ08.11.2025 - 05:40
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da olub08.11.2025 - 05:35
BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub08.11.2025 - 05:30