Bu gün — 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Qələbə bayramı münasibətilə ölkənin müxtəlif bölgələrində anım tədbirləri və yürüşlər təşkil edilir.
“Tehsil365” saytının əməkdaşları da bu münasibətlə İkinci Fəxri Xiyabana gələrək şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Onlar qəhrəman Vətən övladlarının ruhu qarşısında baş əyib, qəhrəmanların xatirəsini minnətdarlıqla anıblar.

