Təhsil 365 - Logo Mobile

Bakıda Zəfər muzeyinin açılışı olub

9008.11.2025 - 09:43
Bakıda Zəfər muzeyinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.

‘’Tehsil365’’ xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb.

Sonra dövlət başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak ediblər.

Zəfər muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi", "Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış", "44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı", "Şanlı Zəfər. Şuşanın azad olunması", "Qəhrəmanlar yolu", "Qarabağ Azərbaycandır!", "Dövlət suverenliyinin bərpası. 20.09.2023", "Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş".

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Muzeyin "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi" adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

Zəfər muzeyinin "Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış" zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

"44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı" adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və Sərəncamları nümayiş olunur.

"Şanlı Zəfər. Şuşanın azad olunması" adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan "Qəhrəmanlar yolu" zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan "Qəhrəmanlar yolu" ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Növbəti zal isə "Qarabağ Azərbaycandır!" adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

"Dövlət suverenliyinin bərpası. 20.09.2023" adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

Sevinc Yarməmmədova

Xəbər Lenti

Alimlər beyin atlası tərtib etdilər08.11.2025 - 14:00
Zəfər Muzeyinin divarlarına şəhidlərimizin adları həkk olunub08.11.2025 - 13:45
Ərdoğandan Zəfər Günü ilə bağlı paylaşım edib08.11.2025 - 13:30
Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib08.11.2025 - 13:15
Qalmaqallı direktorun yerinə yeni təyinat olunub08.11.2025 - 13:00
Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi08.11.2025 - 12:45
Şagirdlərdən “Bayraq yolu” tamaşası səhnəyə qoyuldu08.11.2025 - 12:30
Zəfər Günü Şamaxıda qeyd olundu08.11.2025 - 12:15
Prezident hərbi paraddan fotolar paylaşıb08.11.2025 - 12:00
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq08.11.2025 - 11:45
Bakıda hərbi parad başa çatıb08.11.2025 - 11:30
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib08.11.2025 - 11:15
Cornell Universiteti Tramp administrasiyası ilə 60 milyon dollarlıq razılaşma imzalandı08.11.2025 - 11:00
Məktəblərə yeni uniforma təlimatı: Ailələrə dəstək və elastiklik vurğulanır08.11.2025 - 10:52
Böyük Britaniyada təhsil nevrologiyası üzrə yeni tədqiqat mərkəzi sçılır08.11.2025 - 10:39
Ayova təhsil sektorunda sarsıdıcı fırıldaq: Saxta diplomlar, silah və ictimai etimadın sarsılması08.11.2025 - 10:26
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir 08.11.2025 - 10:17
ABŞ-ın 100-dən çox universitetində Trampa qarşı etiraz aksiyaları keçirilib08.11.2025 - 10:13
Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib08.11.2025 - 10:05
Böyük Britaniyada kurikulum islahatı müzakirələrə səbəb olur08.11.2025 - 10:00
Fransada müəllimlər işi tərk etməklə hökumətə təzyiq göstərir08.11.2025 - 09:50
ABŞ-da təhsil sahəsində son yeniliklər08.11.2025 - 09:39
Beynəlxalq təqaüdlər: Queen's University Belfast Hindistan kampusunda 20 yeni təqaüd elan etdi08.11.2025 - 09:26
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər08.11.2025 - 09:21
Böyük Britaniyada süni intellektin səhiyyə təhsilində rolu müzakirə olunur08.11.2025 - 09:21
Bu gün Zəfər Günü qeyd olunur08.11.2025 - 09:10
Kerala hökumətindən OEC tələbələrinə əlavə təqaüd dəstəyi08.11.2025 - 09:00
Şotlandiyada müəllimlər kütləvi olaraq təhsildən ayrılır08.11.2025 - 08:54
UNESCO IESALC-nin Latın Amerikası və Karib bölgəsində ali təhsil üzrə konfransı08.11.2025 - 08:37
Troy University ABŞ-da beynəlxalq təhsil həftəsini qeyd edəcək08.11.2025 - 08:24
Papa Leo XIV və Afrikada katolik təhsili08.11.2025 - 08:09
Abigail Zwerner 6 yaşlı şagird tərəfindən güllələnməsinə görə 10 milyon dollar qazandı08.11.2025 - 07:05
Müəllimlər “Vətənpərvərlik” təhsilinə valideynlərdən daha çox dəyər verirlər08.11.2025 - 06:52
Şərqi Dunbartonşirdə orta məktəbdə yanğın təhlükəsizliyi problemləri aşkarlandı08.11.2025 - 06:39
İsveçdə məktəblərdə qida israfına qarşı yeni model: sağlam səhər, davamlı gələcək08.11.2025 - 06:26
NEET PG 2025 məsləhətləşməsində yenilənmə və ali məhkəmənin müdaxiləsi08.11.2025 - 06:13
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi - “Şuşa, sən azadsan!”08.11.2025 - 06:08
BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib08.11.2025 - 06:00
“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub08.11.2025 - 05:56
Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib08.11.2025 - 05:55
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib08.11.2025 - 05:50
BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı08.11.2025 - 05:45
BDU və Malayziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.11.2025 - 05:40
Zəfər Günü hava necə olacaq? - PROQNOZ08.11.2025 - 05:40
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da olub08.11.2025 - 05:35
BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub08.11.2025 - 05:30
BDU-da “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir keçirilib08.11.2025 - 05:25