"8 Noyabr mənim üçün təkcə bir bayram deyil, həm də qürur, göz yaşı və fəxarət günüdür. Bu tarixdə xalqımız torpaqlarını azad etdi, şəhidlərimizin ruhu şad oldu. Mənim üçün bu gün babam – şəhid Çingiz Cəfərovun xatirəsini bir daha yad etdiyim, onun fədakarlığı ilə fəxr etdiyim gündür"
“Tehsi365” ə müsahibəsində bu sözləri şəhid Çingiz Cəfəroun nəvəsi Cəfərova Aybəniz bildirib. O bildirib ki: Babam Çingiz Cəfərov Vətənini hər şeydən çox sevən, mərd və cəsur bir insan idi.O, torpaqlarımızın azadlığı uğrunda döyüşüb şəhid olub.
Onun sözlərinə görə: babası onun üçün bir qəhrəmanlıq məktəbidir. Hər dəfə onun şəkilinə baxanda qəlbimdə həm qürur, həm də həsrət yaranır. Mən fəxr edirəm ki, şəhid nəvəsiyəm
"Bu qələbənin arxasında xalqımızın birliyi, Ali Baş Komandanın qətiyyəti və minlərlə qəhrəman əsgərimizin qanı dayanır. Hər bir şəhidin canı bu zəfərin bünövrəsidir. Onların sayəsində bu gün biz azad və qürurlu Azərbaycan torpağında nəfəs alırıq"
"Bu gün mənim üçün həm sevinc, həm kədər dolu gündür. Qələbəmizlə fəxr edirəm, amma babam kimi qəhrəmanları itirdiyimiz üçün qəlbim ağrıyır. Onların ruhu qarşısında baş əyirəm və çalışıram ki, onun adını daim uca tutum"
" Mən bütün Azərbaycan gənclərinə demək istəyirəm ki, bu torpaq bizə şəhidlərimizin əmanətidir. Onların ruhuna layiq olmaq üçün Vətənimizi sevməli, onu qorumağa hazır olmalıyıq. 8 Noyabr Zəfər Günü bizim birlik, mərdlik və azadlıq simvolumuzdur. Qoy bayrağımız daim ucalarda dalğalansın"

