Təhsil 365 - Logo Mobile

“Vətən çağırırsa, getmək lazımdır” - şəhid müəllim Qoşqar Ömərovun atası ilə MÜSAHİBƏ

20508.11.2025 - 18:36
“Vətən çağırırsa, getmək lazımdır” - şəhid müəllim Qoşqar Ömərovun atası ilə MÜSAHİBƏ

8 noyabr Azərbaycanın tarixində Zəfər Günü kimi qeyd olunur. Bu gün bizə Vətən sevgisinin, cəsarətin və birlik ruhunun nəyə qadir olduğunu xatırladır. Məhz qəhrəmanlarımızın fədakarlığı sayəsində bu gün Azərbaycan xalqı qalib xalq kimi yaşayır.

O qəhrəmanlardan biri də həm Vətənə, həm də elmə sədaqəti ilə tanınan şəhid müəllim Qoşqar Ömərovdur. O, II Qarabağ müharibəsində könüllü şəkildə döyüşlərə qatılaraq qəhrəmancasına şəhid olub.

Qoşqar müəllimin atası, 61 yaşlı Səxavət Məmməd oğlu Omarov Kürdəmir rayonunun Qarasu kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışır.

Səxavət müəllim oğlu haqqında uşaqlıq illərindən elmə marağına, müəllimlik peşəsindən və Vətənə olan sədaqətindən verdiyi müsahibədə danışıb.

Müsahibəni təqdim edirik.

- Oğlunuzun uşaqlıq illərini necə xatırlayırsınız? Onun gələcəkdə bu qədər əzmli və vətənpərvər bir insan olacağını o vaxtdan sezmək olurdumu?

+ Əlbəttə. İstər davranışı, istərsə də təfəkkürü baxımından çox fərqli bir uşaq idi. Məktəbə başladıqdan sonra qabiliyyətləri daha da artdı. Həm riyazi, həm məntiqi, həm də yaradıcı təfəkkürə malik idi. Daim öz üzərində çalışaraq bu bacarıqlarını inkişaf etdirərdi. Oxuyub öyrəndiyini heç vaxt əzbərləmək üçün öyrənməzdi. O, mütləq öyrəndiyini nəyəsə bağlayar, tətbiq etməyə çalışardı.

2011-ci ildə bütün fənlərdən buraxılış imtahanı vermişdi. Demək olar ki, bilmədiyi fənn yox idi. Ən çox biologiya fənninə maraq göstərirdi. Hətta bəzən həkimlər elə düşünürdülər ki, Qoşqarın tibbi savadı var. Bununla yanaşı, xarici dil biliklərinə də sahib idi.

Təsəvvür edin, Azərbaycan dili müəllimi test yazan zaman Qoşqardan məsləhət almışdı. Bax, belə hərtərəfli biliyə malik bir oğlum var idi. Özüm riyaziyyat müəllimiyəm, riyaziyyatdan başqa fənlərlə bağlı sual versəniz, cavab verə bilmərəm. Amma Qoşqar belə deyildi. O, hər bir sahəyə maraq göstərirdi.

O, 11-ci sinifdə oxuyarkən bütün ölkələrin paytaxtlarını əzbər bilirdi. Mən ona bir az sərt yanaşırdım, çünki həm iki növbədə dərs deyirdim, həm də kənd yerində iş çox olurdu. Qoşqar dərslərini yalnız axşamlar oxumağa vaxt tapırdı. Nə müəllim yanına, nə də hazırlıq kursuna getmişdi. Sadəcə axşamlar öz gücü ilə hazırlaşaraq imtahandan 466 bal topladı. Daha sonra magistratura pilləsinə qəbul olundu. Magistraturanı bitirdikdən sonra hərbi xidmətə yollandı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə 60 bal üzərindən 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə müəllim kimi çalışmağa başladı.

Oğluma ev aldıqdan sonra evləndirmək istəyirdik, lakin qismət olmadı... Qoşqar həm də doktorantura təhsili almaq arzusunda idi.

O, ailədə dörd uşaqdan ən kiçiyi, evin son beşiyi idi. Oxuyanda dedim: “Allaha şükür, uşaqlarımın heç olmasa biri savadlıdır”. Ondan böyük iki bacısı və bir qardaşı var. Heç vaxt ağlıma gəlməzdi ki, Qoşqar... Yaddan çıxası oğul deyil o...

- Ailədə müəllim olmanız Qoşqarın həyat yoluna necə təsir etdi? Sizcə, müəllimlik sevgisini kimdən aldı?

+ Əmisi tarix, dayısı isə biologiya müəllimidir. Mən özüm də riyaziyyat müəllimiyəm. Bir dəfə öz dilindən eşitdim ki, “müəllim çörəyi yediyimə görə, özümü başqa bir sahədə görmürəm”. Yəni o, müəllimliyi sadəcə peşə kimi deyil, taleyinin bir parçası kimi qəbul edirdi. Özünü həqiqətən də müəllim kimi görürdü.

- Oğlunuzun şəxsiyyətini bu qədər sevgi və ehtiramla xatırlayırsınız. Bəs sizcə, onu insan kimi bu qədər fərqləndirən əsas xüsusiyyət nə idi?

+ Bircə onu deyim ki, insanlığı inanın, savadından onqat artıq idi. O qədər qayğıkeş və mərhəmətli idi ki... Müəllimləri, yaxınları, tanışları onu bir başqa xatırlayır. Mədəni, mərifətli, anlayışlı bir gənc idi. Düzdür, deyirlər ki, həyatda ideal insan yoxdur, amma oğlumu hər kəs ideal insan kimi xatırlayır... (səsi titrəyir)

- Onun pedaqoji yanaşması, şagirdlərlə münasibəti necə idi?

+ Özüm kənddə, o isə şəhərdə müəllim işləyib. Bir dəfə pandemiya dövründə kəndə gəlmişdi və evdən onlayn dərsə qoşuldu. O zaman anladım ki, mənim sadəcə adım müəllimdir, amma həqiqi müəllim oğlumdur.

İlk növbədə uşaqlara sevgini aşılayardı. Siz təsəvvür edin, oğlum şəhid olanda Masazırda gecə saat üçə, dördə qədər şagirdlərini evə yığa bilmirdilər. Onların hamısı gəlib oğlumun qaldığı evin qarşısında ağlayırdılar.

Hətta elə şagirdləri var idi ki, kəndə gəlib onun məzarının üzərindən torpaq götürüb özləri ilə aparıblar... (səsi tutulur)

Bu qədər sevilən və hörmət edilən müəllim idi. Dərs dediyi şagirdlər artıq məktəbi bitiriblər, amma məktəbdə nə vaxt oğlumla bağlı tədbir olsa, hamısı gəlir və mütləq iştirak edirlər.

- Müharibə başlayanda Qoşqarın qərarı necə oldu? O, döyüşə getmək istəyini sizə necə bildirmişdi?

+ Mən hər zaman övladlarımla arada müəyyən məsafə saxlamağa çalışmışam. Elə bir söz var: “Uman yerdən küsərlər". Böyük qardaşından sonralar eşitdim ki, Qoşqar hərbi xidmətdə olduğu zaman, Aprel döyüşləri gedən ərəfədə rəhbərliyə rəsmi şəkildə müraciət edib ki, “məni və üç əsgər yoldaşımı döyüşə göndərin".

2020-ci il idi. O zaman hələ müharibə başlamamışdı. Sentyabr ayında isə onu hərbi komissarlığa çağırdılar. II Qarabağ Vətən müharibəsi ilə bağlı könüllü şəkildə müraciət edib-etməməsi barədə dəqiq məlumat yoxdur. Sadəcə, onu çağıran zaman dedim: “Qoşqar, sən onsuz da nəyəsə qol çəkməmisən, getməsən olar?” Dedi: “Yox, yox, elə şey olar?! Getməliyəm".

Ayın 21-i idi. Hələ müharibə ilə bağlı heç bir söhbət yox idi. Birlikdə maşına minib komissarlığa doğru yola düşdük. Çata-çatda maşını komissarlığın qarşısında saxlamağa yer tapmadım deyə Qoşqar maşından düşüb içəri getdi. Elə o an mənə dediyi son söz “Yox e, ata, Vətən çağırırsa, getmək lazımdır”,- oldu. Mən də maşını bir qədər qabaqda saxladım. Qayıdıb geri gələndə artıq gördüm ki, Qoşqar komissarlığın içərisində idi...

Elə onu sonra bir də görə bilmədim

Ailəsi, övladı olan yaxşı anlayar ki, uşaq nə deməkdir. Artıq onun müharibəyə yollandığını biləndən sonra nə yediyimizi, nə də içdiyimizi hiss edirdik. Bütün günümüz “Ay Allah, sən balamızı qoru” – deyə dua etməklə keçirdi.

Oğlum fiziki cəhətdən çox güclü idi. Uşaqlıqdan idmanla məşğul olurdu. Boyu 1 metr 84 santimetr idi. Əsgər yoldaşları danışırdılar ki, kəndlərimizi azad etmək üçün hücuma keçəndə o qədər yorulurduq ki, bəzən gücümüz qalmırdı. Üç-dörd nəfər bir yaralını güclə daşıyırdı. Amma Qoşqar, o gücü hardan tapırdısa, təkbaşına yaralını qoltuğuna vurub daşıyır, şəhid olanları isə çiynində aparırdı.


Oğlum qorxu nədi bilməzdi.

- Qoşqarın şəhid olduğu xəbəri sizə nə vaxt və necə çatdı? O günü necə xatırlayırsınız?

+ Həmin gün, düzünü desəm, yaxın bir qohumumuzun vida mərasimindən evə qayıdırdıq. Evə çatan kimi zəng gəldi ki, Qoşqardan xəbər var, təcili getmək lazımdır. Əvvəlcə bu xəbər qardaşıma çatdırılmışdı.

Açığı, inanmadım. Çünki Qoşqar həm fiziki, həm də mənəvi baxımdan çox güclü, düşüncəli oğlan idi. Bizim gözümüzdə elə bir obraz yaratmışdı ki, sanki ona heç kim zərər verə bilməz.

Amma... gedib öz gözlərimlə görəndə hər şeyə inandım. (susur)

Əl qumbarasından boynundan yaralanmışdı. Bilirsiniz, əl qumbarasını 30-40 metr məsafəyə atmaq olur. Deməli, oğlum düşmənlə üzbəüz, bir addımlıqda dayanıbmış...

- Allah rəhmət eləsin. Bugünkü gənclərə, xüsusən də müəllim və tələbələrə Qoşqarın həyatından hansı mesajı vermək istərdiniz?

+ Təkcə Qoşqar yox, bütün şəhidlər bizim üçün bir nümunədir. Onlar Vətəni sevməyin, torpaq uğrunda canından keçməyin nə demək olduğunu bizə göstərdilər. Hər bir gəncə vətənpərvərlik hissi aşılanmalıdır. Hər kəs bilməlidir ki, Vətəni qorumaq təkcə borc yox, həm də şərəf məsələsidir. Biz şəhidlərimizə hər zaman borcluyuq.

Sizin üçün “şəhid atası olmaq” nə deməkdir?

- Bu həm qürurdur, həm də ağrı. Amma bir tərəfdən də bilirəm ki, oğlum boşuna canından keçməyib, müqəddəs bir amal uğrunda şəhid olub. Onun seçdiyi yol şərəfli ölüm yoludur..

Rəvan Şəfiyev

Xəbər Lenti

Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər13.10.2026 - 15:32
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur13.10.2026 - 15:28
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib13.10.2026 - 15:25
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub13.10.2026 - 15:22
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”13.10.2026 - 15:17
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub13.10.2026 - 15:14
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib13.10.2026 - 15:11
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı13.10.2026 - 15:08
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq13.10.2026 - 15:05
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub13.10.2026 - 15:02
MDU tələbələri “Azərbaycan İES”də istehsalat prosesi ilə tanış olublar13.10.2026 - 14:58
Kafedra müdiri vəfat etdi13.10.2026 - 14:55
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 14:52
UNEC-də turizm və hotelçilik üzrə Korporativ Auditoriya yaradılacaq13.10.2026 - 14:43
Şəkidə məktəb məzunu 675 balla Prezident təqaüdü qazandı13.10.2026 - 14:40
BDU-nun Prezident təqaüdçüləri - Tanışlıq13.10.2026 - 14:37
Müəllimlərə şagirdlərə fiziki müdaxilə etmək səlahiyyəti verilə bilər13.10.2026 - 14:34
5 ildə mənzərə necə dəyişib? - Prezident təqaüdçülərinin universitet seçimi13.10.2026 - 14:30
Qoşqar Məhərrəmov: “Peşə təhsilinə marağın artırılması üçün cəmiyyətin bu sahəyə baxışı dəyişməlidir”13.10.2026 - 14:00
İlqar Fəhmi: “Müasir dövrdə bəzi səthi məzmunların populyarlaşması auditoriyanın məlumat bazası ilə bağlıdır”13.10.2026 - 13:53
3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb13.10.2026 - 13:27
Azərbaycanda elmlər doktoru proqramını ən çox filoloqlar bitirib13.10.2026 - 13:25
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq13.10.2026 - 13:23
BMU müəlliminin “Heyvan biotexnologiyası” adlı kitabı çapdan çıxıb13.10.2026 - 13:21
Sabah yağış yağacaq13.10.2026 - 13:20
İki ulduzun ətrafında həyat üçün əlverişli planet ola bilər13.10.2026 - 13:18
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib13.10.2026 - 13:16
BMA-nın kafedra müdiri vəfat etdi13.10.2026 - 13:15
Dövlət qulluqçusu olmaq istəyən 1552 nəfər imtahan verəcək13.10.2026 - 13:12
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib13.10.2026 - 13:06
Fransada etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb13.10.2026 - 13:02
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb13.10.2026 - 13:00
Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirildi13.10.2026 - 12:54
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 12:50
Bu şəxslərin iş saatları dəyişəcək13.10.2026 - 12:30
Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar13.10.2026 - 12:25
Kənd məktəblərinin 15 məzunu Prezident təqaüdü alacaq13.10.2026 - 12:21
Eynulla Mədətli:" Vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir"13.10.2026 - 12:17
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova13.10.2026 - 11:55
Azərbaycanla bağlı açıqlamalar narazılıq yaratdı - YAP-dan reaksiya13.10.2026 - 11:50
Vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar...13.10.2026 - 11:45
Prezidentlərin geniş tərkibdə görüşü oldu13.10.2026 - 11:40
Rusiyanın peykləri yüksəkliyi itirir13.10.2026 - 11:36
"Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu13.10.2026 - 11:32
Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilir13.10.2026 - 11:30
Müəllimlərə şagirdlərlə bağlı əlavə səlahiyyətlər verilə bilər13.10.2026 - 11:25
Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq"13.10.2026 - 11:17
Azad etdiyi doğma torpağında indi müəllimdir: “Artıq “Qarabağlıyam” sözünü qürurla deyirəm”13.10.2026 - 11:15