Təhsil 365 - Logo Mobile

Almaniyanın taleyini dəyişən gün – 9 noyabr

10309.11.2025 - 16:15
Almaniyanın taleyini dəyişən gün – 9 noyabr

Noyabrın 9-u Almaniya tarixində mühüm yer tutan üç hadisənin - Berlin divarının yıxılmasının, yəhudi poqromunun və Almaniyada respublikanın elan edilməsinin ildönümləri qeyd olunur. 9 noyabr ölkənin azadlıq, məsuliyyət və tarixi yaddaşla bağlı ən önəmli simvolik tarixlərindən biri sayılır və Almaniyada “Tale günü” (Schicksalstag) kimi xatırlanır.

"Tehsil365” Almaniyada bu gündə baş verən bu üç mühüm hadisəyə nəzər salır.

Berlin divarının yıxılması - azadlığın və birliyin rəmzi

1989-cu il noyabrın 9-u Almaniyanın və bütün Avropanın tarixində yeni dövrün başlanğıcı oldu. Berlin divarının yıxılması ilə Almaniyanın 40 ilə yaxın davam edən bölünməsi başa çatdı, Almaniya birliyə doğru addım atdı. “Soyuq müharibə”nin əsas rəmzinə çevrilən Berlin divarının çökməsi ilə dünya tarixində yeni bir səhifə açıldı. Məhz buna görə də, bu hadisə təkcə alman xalqı üçün deyil, həm də Avropa qitəsi üçün azadlıq, demokratiya və vətəndaş birliyinin simvoluna çevrildi.

Hər il bu gün Berlində rəsmi mərasimlər keçirilir, divarın qalıqları önünə gül dəstələri qoyulur, Berlin divarını aşmaq istəyərkən sovet ordusu tərəfindən vurularaq öldürülən insanların xatirələri yad olunur, azadlıq və demokratiyanın dəyəri bir daha vurğulanır. Tədbirlərdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər.

1918-ci il: Monarxiyanın sonu və respublikanın doğuluşu

1918-ci il noyabrın 9-u Almaniyanın siyasi tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Birinci Dünya müharibəsinin sonunda imperator II Vilhelm taxtdan imtina etməsi ilə monarxiya süquta uğradı və Almaniya Respublikası elan olundu. Bu hadisə ölkədə demokratik idarəetmənin əsasını qoyan Veymar Respublikasının yaranmasına gətirib çıxardı. Tarixçilər bu günü Almaniyanın müasir dövlətçilik yolunun başlanğıcı kimi dəyərləndirirlər.

1938-ci il: “Kristallnacht” – faciəli yaddaşın başlanğıcı

1938-ci ilin 9 noyabrında isə nasist rejimi tərəfindən Almaniyada və Avstriyada yəhudilərə qarşı kütləvi zorakılıqlar törədildi. Tarixə “Kristallnacht” – “Qırılmış şüşələr gecəsi” adı ilə düşən bu hadisə zamanı yüzlərlə sinaqoq, mağaza və evlər dağıdıldı, yüzlərlə insan öldürüldü, on minlərlə yəhudi həbs düşərgələrinə - konslagerlərə göndərildi. Bu poqrom tarixçilər tərəfindən Holokostun başlanğıcı kimi qiymətləndirilir.

Almaniyada həmin faciənin qurbanları müxtəlif memorial tədbirlərdə anılır, məktəblərdə və mədəniyyət ocaqlarında tolerantlıq, insan hüquqları və demokratiyanın əhəmiyyəti barədə müzakirələr keçirilir.

Almaniya Kansleri Fridrix Mertz bu günlə əlaqədar X sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib: “Biz azadlığı ən qaranlıq dövrlərdən çıxaraq qazandıq. 9 noyabr bizə xatırladır ki, tarix necə tez dəyişə bilər, demokratiya nə qədər dəyərlidir, azadlığımızı qorumaq nə qədər vacibdir. Bu azadlığı bu gün və gələcəkdə qorumağa borcluyuq”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də bu günə həsr olunan rəsmi mərasimdə çıxışında alman xalqının taleyinə çevrilmiş bu tarixi günün irsinin indiki dövrün çağırışları ilə səsləşdiyini qeyd edib: “Bir daha heç vaxt!” çağırışından irəli gələn vəzifə budur ki, demokratiyanı hər zamankindən daha qətiyyətlə müdafiə edək, çünki demokratiya indi heç vaxt olmadığı qədər təhdid altındadır”.

Bu sözlər 9 noyabr gününün Almaniya tarixində həm azadlığın, həm də məsuliyyətin simvolu kimi xüsusi yer tutduğunu bir daha nümayiş etdirir.

Simvolik günün mənası

Beləliklə, 9 noyabr Almaniyada həm azadlıq, həm də yaddaş günü kimi qeyd olunur. Faciəli keçmişin xatırlandığı, eyni zamanda, demokratiya və insan hüquqlarını qorumağın vacibliyinin vurğulandığı bu gün xalqın həm birliyini, həm də tarixi məsuliyyətini dərk etməsinin rəmzinə çevrilib.

Aysel Paşayeva

Xəbər Lenti

IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25
Azərbaycan — Kəlbəcər şəhəri günü25.11.2025 - 05:18
ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub25.11.2025 - 05:16
Dünyada ilk yaranan heyvan hansı olub? - Alimlər cavabı tapdılar25.11.2025 - 05:15
Bu universitetdə imtahanlar elektron formada olacaq25.11.2025 - 05:08
Ağa Laçınlının ölüm günüdür25.11.2025 - 05:05
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun doğum günüdür25.11.2025 - 04:52
Milli Məclisin deputatı Musa Quliyevin doğum günüdür25.11.2025 - 04:39
Bu gün tanınmış Azərbaycan aktyoru Dadaş Kazımovun doğum günüdür25.11.2025 - 04:26
Bu gün tanınmış yazıçı və dramaturq İmran Qasımovun doğum günüdür25.11.2025 - 04:13
Tarixdə bu gün – Teymur Quliyevin doğum günüdür25.11.2025 - 04:00
Şəhid Zaur İsmayılzadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək24.11.2025 - 20:10
Sabahın hava proqnozu açıqlandı24.11.2025 - 19:59
Smartfonlardan həddindən artıq istifadə sağlamlığa necə təsir edir?24.11.2025 - 19:47