Mütəxəssislərin apardığı araşdırmalara görə, qoz beynin fəaliyyətini gücləndirən ən faydalı qidalardan biridir. Tərkibindəki Omega-3 yağ turşuları, E vitamini və antioksidantlar yaddaşı möhkəmləndirir, diqqəti artırır və zehni yorğunluğu azaldır. Bu xüsusiyyətlərinə görə qozun tələbələrin dərs oxuma qabiliyyətinə müsbət təsir göstərdiyi bildirilir.
“Tehsil365” xəbər verir ki , qidalanma üzrə ekspertlər tələbələrə gündə bir neçə qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bu, uzunmüddətli oxu proseslərində beyin enerjisini qorumağa və imtahan dövrlərində stresin azalmasına kömək edir. Həmçinin, qoz yuxu keyfiyyətini yaxşılaşdıraraq öyrənilən məlumatların yadda saxlanmasını asanlaşdırır.
Beləliklə, alimlər hesab edirlər ki, qozun gündəlik rasionda olması tələbələrin həm fiziki, həm də zehni məhsuldarlığını artırır.

