Bu gün Azərbaycanın tanınmış televiziya jurnalisti, media meneceri və ictimai xadimi Mirşahin Mirdilavər oğlu Ağayevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki,1963-cü il noyabrın 12-də Yardımlı rayonunun Perimbel kəndində anadan olan Mirşahin Ağayev, ölkənin media sahəsində iz qoymuş aparıcı simalardan biridir.
O, uzun illər ANS Şirkətlər Qrupunun vitse-prezidenti kimi çalışıb, 2018-ci ildən isə Real TV-nin baş direktoru vəzifəsini icra edir. Jurnalistika sahəsindəki fəaliyyəti ilə o, hadisələri obyektiv və operativ şəkildə çatdırmaqla peşəkar media nümunəsi ortaya qoyub.
Mirşahin Ağayevin peşəkarlığı dövlət səviyyəsində də yüksək qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına, həmçinin 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Bu əlamətdar gündə Mirşahin Ağayevə cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayırıq. Onun fəaliyyəti Azərbaycan jurnalistikasında dərin iz buraxmağa davam edir.

