Təhsil 365 - Logo Mobile

Ən yaxşı universitetlərə daxil olan, amma həyat bacarıqları zəif olan gənclər niyə artır?

21712.11.2025 - 14:40
Ən yaxşı universitetlərə daxil olan, amma həyat bacarıqları zəif olan gənclər niyə artır?

“Bu tendensiyanın əsas səbəblərindən biri cəmiyyətdə, təhsil sistemində, ailə tərbiyəsində akademik nailiyyətin həyat bacarıqlarından üstün tutulmasıdır. Uğur anlayışı çox zaman ölçülə bilən nəticələrlə, yəni, attestat göstəricisi, imtahan balları, diplomlar vasitəsilə qiymətləndirilir”.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında Xəzər Universitetinin Psixologiya Departamentinin Əməkdaşı psixoloq Mirsadiq Muxtarov bildirib.

Onun sözlərinə görə: “Belə olduqda, uşaqların, yeniyetmələrin, habelə gənclərin daxili potensialı, emosional inkişafı və sosial adaptasiya bacarıqları arxa plana keçir. Başqa sözlə desək, uzun illər ərzində uşaqların diqqəti yalnız yüksək qiymətlərə, imtahan nəticələrinə və universitet qəbuluna yönəldilir. Bu zaman isə empatiya, emosional tənzimləmə, qərarvermə, sosial ünsiyyət və məsuliyyət kimi həyat bacarıqlarının inkişafına diqqət edilmir. Valideynlər və müəllimlər bəzən fərqində olmadan uşaqları “mükəmməl nəticə”yə yönəldərək, onların səhv etmək, çətinliklərlə üzləşmək və onlardan öyrənmək imkanlarını məhdudlaşdırırlar. Halbuki məsuliyyət daşımaq, emosiyalarını idarə etmək, insan münasibətlərini tənzimləmək kimi bacarıqlar məhz bu təcrübələr nəticəsində formalaşır”.

“Təhsil sistemi də bu yanaşmanı dolayısı ilə möhkəmləndirir. Müasir tədris proqramları daha çox informasiya ötürməyə, test nəticələrini artırmağa fokuslanır, halbuki öyrənmənin mahiyyəti düşünmə, analiz etmə və real həyatda tətbiqetmə qabiliyyətinin formalaşdırılması olmalıdır. Şagirdlərə öyrədilən biliklər çox vaxt həyatla əlaqələndirilmədiyi üçün, onlar özlərini yüksək akademik göstəricilərə baxmayaraq, real situasiyalar qarşısında çaşqın ola bilirlər”.

“Qeyd edilənlərə əlavə olaraq, ailələrdə də oxşar bir paradoks yaşanır. Belə ki, valideynlər övladlarının “ən yaxşı” universitetlərə qəbulunu təmin etməyə çalışarkən, bəzən onların emosional ehtiyaclarını, sərbəst qərarvermə və sosial bacarıqlarını inkişaf etdirmək kimi faktorlara diqqət yetirmirlər. Uşaqlar çox zaman “hazır istiqamətlərlə” böyüyür, yəni bəzən onlara "niyə və necə" düşündükləri sualı verilmədən "nə etmək və necə davranmaq" lazım olduğu deyilir. Nəticədə, bu gənclər akademik olaraq bacarıqlı olsalar da, yaşamın mürəkkəb situasiyaları ilə üzləşəndə çətinlik çəkə bilərlər”.

“Digər tərəfdən, rəqəmsal mühitin və sosial medianın həyatımızda geniş yer tutması da bu prosesi gücləndirir. Müasir gənclərin çoxu gündəlik həyatlarının əhəmiyyətli hissəsini virtual mühitdə, yəni, sosial şəbəkələrdə, oyun platformalarında və.s keçirirlər. Bu mühitlər, adətən, emosional və sosial reallığın dəyişdirilmiş, idealizə olunmuş formasıdır. Burada hər kəs özünün “ən yaxşı versiyasını” nümayiş etdirməyə çalışır, nəticədə real həyatdakı uğurlar və hisslər arxa plana keçir. Belə vəziyyətdə gənclər özlərini və dəyərlərini real təcrübələrə deyil, virtual təsdiqlərə (bəyənmələr, izləyicilər, paylaşımlara gələn rəylər və s.) əsasən formalaşdırırlar. Qeyd edilən səbəblər də öz növbəsində gənclərin özünü dərk etmə prossesinin, emosional zəkanın və real problemlərlə baş etmə bacarığının zəifləməsinə gətirib çıxara bilir”.

“Bunu da qeyd etmək lazımdır ki, virtual mühitdən çox istifadə nəticəsində emosional zəka gənclərdə zəifləyə bilir, çünki emosional zəka məhz üzbəüz ünsiyyət, empatiya, qarşılıqlı anlaşma və konfliktləri real yolla həll etmə bacarıqları üzərində formalaşır. Onlayn ünsiyyət isə bu sahədə real təcrübəyə imkanı yaratmır”.

“Sadalananlardan əlavə, müasir valideynlik modellərində də müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Müasir zamanda uşaqlar ailələri tərəfindən çox zaman qorunmuş, riskdən uzaq bir mühitdə böyüdülür. Nəticədə, onlar real həyatdakı stress, emosional təzyiq, iş mühiti münasibətləri və şəxsi münasibətlərdəki çətinliklər qarşısında problemlər yaşaya bilirlər”.

“Bütün deyilənləri ümumiləşdirsək, bu problemin həlli üçün təkcə akademik biliklərin artırılması kifayət etmir. Məktəb və ailə mühitində emosional intellektin, tənqidi düşünmənin və həyati bacarıqların sistemli şəkildə formalaşdırılması vacibdir. Gənclərin yalnız zehni deyil, həm də emosional və mənəvi dayanıqlığının gücləndirilməsi onları həm akademik sahədə, həm də real həyat münasibətlərində adaptiv və psixoloji baxımdan sağlam şəxslərə çevirə bilər”.

Könül Əsgərova

Xəbər Lenti

2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq30.03.2026 - 09:48
Rasim Balayevlə vida mərasimi keçirilir30.03.2026 - 09:40
BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub30.03.2026 - 09:34
İndoneziyada uşaqların sosial mediadan istifadəsi qadağan edilib30.03.2026 - 09:30
Dubayda dərslər aprelin 3-nə qədər onlayndır30.03.2026 - 09:26
"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur30.03.2026 - 09:20
Gözlər ciddi zərər görə bilər - Linzalarla bağlı ən böyük səhv30.03.2026 - 09:11
“Tarixi öyrənmək və təbliğ etmək hər birimizin borcudur” – Mahir Qəribov30.03.2026 - 09:00
Teleqram Rusiyada bərpa oluna bilər30.03.2026 - 08:50
Sonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi30.03.2026 - 08:40
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları30.03.2026 - 08:34
Tələbə sıxlığı azalacaq: hansı universitetlər ilk mərhələdə köçürüləcək?30.03.2026 - 08:23
Böyük Britaniya elmdə süni intellekt dövrünü açır30.03.2026 - 08:10
Sabahdan bütün təhsil müəssisələrində tədris başlayır30.03.2026 - 08:00
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür30.03.2026 - 07:51
Düşüncə ilə idarə olunan robot-it təqdim edildi30.03.2026 - 07:40
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi30.03.2026 - 07:31
Günün havası- 20 dərəcə isti30.03.2026 - 07:20
BDU-nun professoru vəfat edib30.03.2026 - 07:12
Azərbaycan və İraq arasında diplomatik əlaqələr qurulub30.03.2026 - 07:00
31 Mart soyqırımı qurbanları anılır30.03.2026 - 06:36
Apelyasiyalardan sonra üç pulsuz ibtidai məktəb fəaliyyətə başlayacaq30.03.2026 - 06:18
Fotoqraf Akiv Ağayevin fəaliyyəti diqqət mərkəzindədir30.03.2026 - 06:00
Xalq artisti Gülxar Həsənovanın xatirəsi anılır30.03.2026 - 05:42
Akademik Faiq Bağırzadənin xatirəsi yad edilir30.03.2026 - 05:18
İlk azərbaycanlı qadın professor Adilə Şahtaxtinskayanın xatirəsi anılır30.03.2026 - 05:06
Reper Saybu Swagın doğum günü qeyd olunur30.03.2026 - 04:54
Xalq artisti Səfa Qəhrəmanovun xatirəsi yad edilir30.03.2026 - 04:36
Xalq artisti Şəfiqə Məmmədovanın doğum günü qeyd olunur30.03.2026 - 04:18
Görkəmli rəssam Şamil bəy Qazıyevin xatirəsi anılır30.03.2026 - 04:00
Rasim Balayev vəfat edib29.03.2026 - 10:49
Nazir Böyük Britaniyanın “ailəyönümlü” siyasətini saxtakarlıq adlandırdı29.03.2026 - 07:00
DfE müraciətlərin göndərilməsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirir29.03.2026 - 06:36
“Ömürdə bir dəfə” ezamiyyət: müəllimlər üçün qeyri-adi təşəbbüs müzakirə yaradır29.03.2026 - 06:18
Milli Qəhrəman Tabil Həsənovun xatirəsi ehtiramla yad edilir29.03.2026 - 06:00
Milli Qəhrəman Nizami Məmmədov ehtiramla anılır29.03.2026 - 05:42
Görkəmli maarifçi və dramaturq Süleyman Sani Axundov anılır29.03.2026 - 05:18
Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad olunur29.03.2026 - 05:06
Milli Qəhrəman Cəmil Niftəliyev ehtiramla yad edilir29.03.2026 - 04:54
Meyxana ustası Elşən Xəzər yaradıcılığı ilə seçilir29.03.2026 - 04:36
Azərbaycanın əməkdar artisti Nazir Əliyev xatırlanır29.03.2026 - 04:18
Mirzə Əli Möcüz – Azərbaycan ədəbiyyatının unudulmaz satirik şairi29.03.2026 - 04:00
İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi28.03.2026 - 19:55
Yağış sabah da davam edəcək28.03.2026 - 19:45
Astana “Yer saatı” beynəlxalq aksiyasına qoşulub28.03.2026 - 19:36
Azərbaycanın milli təamları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib28.03.2026 - 19:28
Mingəçevirli sənətsevərlərə hədiyyə: Üzeyir Hacıbəylinin operettası ilə unudulmaz anlar28.03.2026 - 19:20
Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı28.03.2026 - 19:12