Təhsil 365 - Logo Mobile

Ən yaxşı universitetlərə daxil olan, amma həyat bacarıqları zəif olan gənclər niyə artır?

23612.11.2025 - 14:40
Ən yaxşı universitetlərə daxil olan, amma həyat bacarıqları zəif olan gənclər niyə artır?

“Bu tendensiyanın əsas səbəblərindən biri cəmiyyətdə, təhsil sistemində, ailə tərbiyəsində akademik nailiyyətin həyat bacarıqlarından üstün tutulmasıdır. Uğur anlayışı çox zaman ölçülə bilən nəticələrlə, yəni, attestat göstəricisi, imtahan balları, diplomlar vasitəsilə qiymətləndirilir”.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında Xəzər Universitetinin Psixologiya Departamentinin Əməkdaşı psixoloq Mirsadiq Muxtarov bildirib.

Onun sözlərinə görə: “Belə olduqda, uşaqların, yeniyetmələrin, habelə gənclərin daxili potensialı, emosional inkişafı və sosial adaptasiya bacarıqları arxa plana keçir. Başqa sözlə desək, uzun illər ərzində uşaqların diqqəti yalnız yüksək qiymətlərə, imtahan nəticələrinə və universitet qəbuluna yönəldilir. Bu zaman isə empatiya, emosional tənzimləmə, qərarvermə, sosial ünsiyyət və məsuliyyət kimi həyat bacarıqlarının inkişafına diqqət edilmir. Valideynlər və müəllimlər bəzən fərqində olmadan uşaqları “mükəmməl nəticə”yə yönəldərək, onların səhv etmək, çətinliklərlə üzləşmək və onlardan öyrənmək imkanlarını məhdudlaşdırırlar. Halbuki məsuliyyət daşımaq, emosiyalarını idarə etmək, insan münasibətlərini tənzimləmək kimi bacarıqlar məhz bu təcrübələr nəticəsində formalaşır”.

“Təhsil sistemi də bu yanaşmanı dolayısı ilə möhkəmləndirir. Müasir tədris proqramları daha çox informasiya ötürməyə, test nəticələrini artırmağa fokuslanır, halbuki öyrənmənin mahiyyəti düşünmə, analiz etmə və real həyatda tətbiqetmə qabiliyyətinin formalaşdırılması olmalıdır. Şagirdlərə öyrədilən biliklər çox vaxt həyatla əlaqələndirilmədiyi üçün, onlar özlərini yüksək akademik göstəricilərə baxmayaraq, real situasiyalar qarşısında çaşqın ola bilirlər”.

“Qeyd edilənlərə əlavə olaraq, ailələrdə də oxşar bir paradoks yaşanır. Belə ki, valideynlər övladlarının “ən yaxşı” universitetlərə qəbulunu təmin etməyə çalışarkən, bəzən onların emosional ehtiyaclarını, sərbəst qərarvermə və sosial bacarıqlarını inkişaf etdirmək kimi faktorlara diqqət yetirmirlər. Uşaqlar çox zaman “hazır istiqamətlərlə” böyüyür, yəni bəzən onlara "niyə və necə" düşündükləri sualı verilmədən "nə etmək və necə davranmaq" lazım olduğu deyilir. Nəticədə, bu gənclər akademik olaraq bacarıqlı olsalar da, yaşamın mürəkkəb situasiyaları ilə üzləşəndə çətinlik çəkə bilərlər”.

“Digər tərəfdən, rəqəmsal mühitin və sosial medianın həyatımızda geniş yer tutması da bu prosesi gücləndirir. Müasir gənclərin çoxu gündəlik həyatlarının əhəmiyyətli hissəsini virtual mühitdə, yəni, sosial şəbəkələrdə, oyun platformalarında və.s keçirirlər. Bu mühitlər, adətən, emosional və sosial reallığın dəyişdirilmiş, idealizə olunmuş formasıdır. Burada hər kəs özünün “ən yaxşı versiyasını” nümayiş etdirməyə çalışır, nəticədə real həyatdakı uğurlar və hisslər arxa plana keçir. Belə vəziyyətdə gənclər özlərini və dəyərlərini real təcrübələrə deyil, virtual təsdiqlərə (bəyənmələr, izləyicilər, paylaşımlara gələn rəylər və s.) əsasən formalaşdırırlar. Qeyd edilən səbəblər də öz növbəsində gənclərin özünü dərk etmə prossesinin, emosional zəkanın və real problemlərlə baş etmə bacarığının zəifləməsinə gətirib çıxara bilir”.

“Bunu da qeyd etmək lazımdır ki, virtual mühitdən çox istifadə nəticəsində emosional zəka gənclərdə zəifləyə bilir, çünki emosional zəka məhz üzbəüz ünsiyyət, empatiya, qarşılıqlı anlaşma və konfliktləri real yolla həll etmə bacarıqları üzərində formalaşır. Onlayn ünsiyyət isə bu sahədə real təcrübəyə imkanı yaratmır”.

“Sadalananlardan əlavə, müasir valideynlik modellərində də müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Müasir zamanda uşaqlar ailələri tərəfindən çox zaman qorunmuş, riskdən uzaq bir mühitdə böyüdülür. Nəticədə, onlar real həyatdakı stress, emosional təzyiq, iş mühiti münasibətləri və şəxsi münasibətlərdəki çətinliklər qarşısında problemlər yaşaya bilirlər”.

“Bütün deyilənləri ümumiləşdirsək, bu problemin həlli üçün təkcə akademik biliklərin artırılması kifayət etmir. Məktəb və ailə mühitində emosional intellektin, tənqidi düşünmənin və həyati bacarıqların sistemli şəkildə formalaşdırılması vacibdir. Gənclərin yalnız zehni deyil, həm də emosional və mənəvi dayanıqlığının gücləndirilməsi onları həm akademik sahədə, həm də real həyat münasibətlərində adaptiv və psixoloji baxımdan sağlam şəxslərə çevirə bilər”.

Könül Əsgərova

Xəbər Lenti

Məktəblərdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur12.10.2026 - 12:22
Direktor məktəb qaydalarını açıqladı12.10.2026 - 12:15
Yerdəyişməyə icazə verilib12.10.2026 - 12:10
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"12.10.2026 - 12:03
Rektordan tələbələlərə yeni təklif 12.10.2026 - 11:50
Sabir Rüstəmxanlı açiqlama verib12.10.2026 - 11:42
Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu12.10.2026 - 11:32
Birinçi sinfə gedən şagirdlərin sayında azalma baş verib12.10.2026 - 11:20
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub12.10.2026 - 10:00
Qadın hərbi kursantlarla görüş keçirilib12.10.2026 - 08:49
Sabah qısamüddətli yağış yağacaq12.10.2026 - 08:36
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”12.10.2026 - 08:30
NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib12.10.2026 - 08:08
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb12.10.2026 - 08:02
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb12.10.2026 - 07:56
Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib12.10.2026 - 07:51
Cəmilə Muradlı Avropa çempionu oldu12.10.2026 - 07:49
“Instagram”da problem yaranıb12.10.2026 - 07:05
Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15
Tanınmış müğənni vəfat etdi11.10.2026 - 18:47
Tanınmış aktyor vəfat etdİ11.10.2026 - 18:40
Musiqiçi intihar etdi11.10.2026 - 18:35
PUA hücumundan sonra Yandex fəaliyyətini dayandırıb11.10.2026 - 18:20
"Microsoft" şirkəti tərəfindən alınana bilən “ Green Card” ləğv olundu11.10.2026 - 17:54
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında ikitərəfli saziş imzalandı11.10.2026 - 17:49
Bakıda Azərbaycan və NATO əməkdaşlığı çərçivəsində təlim keçirilib11.10.2026 - 17:42
Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?11.10.2026 - 17:34
“Şəhidin səsi”nin növbəti buraxılışı Rəfail İşiyevin xatirəsinə həsr olunacaq11.10.2026 - 17:22
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi11.10.2026 - 17:17
“Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirildi11.10.2026 - 17:11
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi11.10.2026 - 17:00
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq11.10.2026 - 16:18
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04