Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu İlahə Şahin qızı Əliyeva universitetdə Karyera və məzunlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
“Tehsil365” xəbər verir ki,İlahə Əliyeva 2008–2012-ci illərdə Azərbaycan Turizm İnstitutunda “Menecment” ixtisası üzrə bakalavr təhsili alıb, 2013–2015-ci illərdə “Turizm işi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. O, həmçinin Avstriya–Azərbaycan ikili diplom proqramı çərçivəsində həm ATMU-nun, həm də Avstriyanın İMC Krems Universitetinin magistr diplomlarına layiq görülüb.
Elm və təhsildə davamlı inkişafı ilə seçilən İlahə Əliyeva 2017-ci ildə ATMU-da doktoranturaya qəbul olub, “Turizm sahəsində kadr hazırlığının təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. 05.11.2024-cü il tarixli qərara əsasən ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, İ.Əliyeva 2014-cü ildən etibarən ATMU-da laborant, akademik məsləhətçi və dekan müavini kimi inzibati vəzifələrdə çalışıb.
Bu təyinat, ATMU-nun məzunlarının universitetin idarəçiliyində, elmi və tədris mühitində uğurla fəaliyyət göstərməsinin bariz nümunəsidir.
Yeni şöbə müdiri gənclərin karyera yönümündə dəstəyinin artırılması, məzun şəbəkəsinin genişləndirilməsi və əmək bazarı ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal şəkildə çalışacaq.
Yeni şöbə müdirini təbrik edir, ona fəaliyyətində uğurlar diləyirik!

