Təhsil 365 - Logo Mobile

COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin İllik Yüksəksəviyyəli Dialoqu keçirilib

10613.11.2025 - 10:00
COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin İllik Yüksəksəviyyəli Dialoqu keçirilib

Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə, COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib.

Tehsil365“ xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.
Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

“Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrə Bakı Çağırışı”

Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev qeyd edib ki, COP29 zamanı təsis edilmiş Bakı Mərkəzi, iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub. Mərkəzin təqdimatı ilə çıxış edən xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Natiq bu vəzifənin COP29 təşəbbüsü olan Bakı Mərkəzinə həvalə edilməsini beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasəti və iqlim diplomatiyasına inamının nümunəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Yaşıl İqlim Fondunun İcraçı Direktoru xanım Mafalda Duarte, Bakı Mərkəzinə tam dəstəkyini ifadə edib və sözügedən təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrildiyini vurğulayıb.

Bu xüsusda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belemə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.

Tədbirdə, ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. İmzalama mərasimindən öncə çıxış edən Qambiya və Fici iqlim nazirləri, Qvineya-Bissau, İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri, Bakı Mərkəzinin qısa müddətdə qlobal müstəvidə vacib əməkdaşlıq platformasına çevrildiyini vurğulayaraq, Azərbaycan dövlətinə və COP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belem Kommünikesi qəbul edilib.

Leyla Ağakişiyeva

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55