Təhsil 365 - Logo Mobile

Naxçıvanda tələbələrin narazılığı ilə bağlı açıqlama verilib

7913.11.2025 - 13:15
Naxçıvanda tələbələrin narazılığı ilə bağlı açıqlama verilib

Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə girişə qadağa qoyulması tələbələr arasında narazılığa səbəb olub.

Tehsil365” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb. İddia olunur ki, artıq bir neçə gündür ərazidə yalnız müəllimlərin və xüsusi statusa malik bəzi tələbələrin keçidinə icazə verilir.

Tələbə Cavad Rəcəbovun sözlərinə görə, avtomobilləri yol kənarında saxladıqları üçün cərimələnirlər: “Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnız müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrı-seçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, mühafizə dərhal gəlib çıxarmağımızı tələb edir, kobud davranır. Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur”.

Digər tələbələr də onlara bərabərlik prinsipləri çərçivəsində şərait yaradılmasını tələb ediblər.

Problemlə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət etdik. Ali məktəbin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sözügedən qadağa bütün şəxslərə şamil olunur: “Nəqliyyat vasitələrinin universitet ərazisinə girişinə tətbiq edilən məhdudiyyət tələbələrin və əməkdaşların təhlükəsizliyinin təmin olunması, həmçinin universitet şəhərciyində nəqliyyat axınının tənzimlənməsi məqsədilə həyata keçirilir. Bu qərar yeni deyil və uzun müddətdir qüvvədə olan daxili təhlükəsizlik qaydalarının tərkib hissəsidir. Qadağa yalnız tələbələrə deyil, bütün şəxslərə, o cümlədən, müəllim və inzibati heyətə də şamil olunur. Universitet həyətində parklanma yalnız xüsusi ayrılmış parklanma yerlərində mümkündür. Bu qaydalar həm də piyada hərəkətinin rahatlığı məqsədini daşıyır.

Yayılan iddialarda qeyd olunduğu kimi heç bir ayrı-seçkilik və istisna hallar mövcud deyil. Türkiyəli və ya digər ölkələrdən olan tələbələr də daxil olmaqla bütün tələbələrə eyni qaydalar tətbiq olunur. Universitet rəhbərliyi tərəfindən heç kimə xüsusi imtiyaz tanınmır.

Naxçıvan Dövlət Universiteti ictimaiyyəti əmin edir ki, qəbul edilən bütün qərarlar təhlükəsizlik, intizam və idarəetmə qaydalarına əsaslanır və universitet ailəsinin hər bir üzvünün maraqlarını qorumağa yönəlib”.

Könül Əsgərova

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15