Təhsil 365 - Logo Mobile

Tarixçi-alimin araşdırması: Çar Rusiyasının əlifba siyasəti - Kirillə latının mübarizəsi

10513.11.2025 - 13:59
Tarixçi-alimin araşdırması: Çar Rusiyasının əlifba siyasəti - Kirillə latının mübarizəsi

‘‘'Oktyabr inqilabından sonra Çar Rusiyasının ruslaşdırma və xristianlaşdırma siyasətində əsas vasitə olan Kirill əlifbasının latın qrafikası ilə əvəzlənməsi məsələsi daha kəskin qalxmışdı. Əslində bu, yeni məsələ deyildi... I Pyotr öz təbəələri üçün yeni vətəndaş əlifbası irəli sürdükdən sonra Rusiya imperiyasında daim “Rus yazısı hansı əlifbaya əsaslanmalıdır?” sualı ətrafında mübahisələr olub. Qərb yönümlü alimlərin bir çoxu Pyotrun islahatlarına əsaslanaraq hesab edirdilər ki, əlifba da latın qrafikası əsasında hazırlanmalı idi. Onlar I Pyotrun “düşündüyü”, lakin həyata keçirə bilmədiyi bu işi başa çatdırmağa çalışırdılar.

Slavyanofillər isə hesab edirdilər ki, I Pyotrun əməllərini layiqli davam etdirməyin yeganə yolu bütün Çar Rusiyası xalqlarının Kirill əlifbasına keçməsini təmin etmək olardı və bu yöndə doğrudan da xeyli iş görmüşdülər... Hətta XIX əsrdə polyakların, litovların və Reç Pospolitaya parçalanarkən Rusiyanın payına düşən ərazilərdəki digər əhalinin də Kirill əlifbasına keçməsi üçün layihə hazırlanmışdı. Bundan sonra Polşanın ruslaşdırılması siyasətinə başlanıldı. Bunun üçün Litva və Belarusda rus dilində ibtidai məktəblər açıldı, əhalininin pravoslav ruhunda maarifləndirilməsinə başlanıldı. Katoliklərə dövlət vəzifələrində çalışmağa icazə verilmədi. İctimai yerlərdə, rəsmi yazışmalarda polyak, litva və Ukrayna dilindən istifadəyə, yas saxlamağa görə də cərimə təyin olunmuşdu. 1864-cü ildən latın qrafikalı əlifbadan istifadə etməklə litva dilində mətn çap etmək də yasaq idi.’’

‘‘Tehsil365’’ bildirir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Çar Rusiyasının əlifba siyasəti - Kirillə latının mübarizəsi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Həmin dövrdə Şərqi slavyan xalqları öz yazılarında polyak orfoqrafiyasının qanunlarından istifadə edirdilər. Əvəzində əhali İ.Kornilov tərəfindən Kirill qrafikası əsasında tərtib olunmuş əlifbadan istifadəyə məcbur edilirdi. Yəni ruslar tərəfindən əsl zorakı assimilyasiya siyasəti aparılırdı və bu prosesdə əsas alətlərdən biri də Kirill əlifbası idi.

XIX - XX əsrin ilk yarısında polyak latınından belarus dilindəki yazıda da istifadə olunurdu. Belarus dili yazı dilinin fonetik sisteminə keçmişdi. Yeni hərflərdən “Naşa Niva” qəzeti istifadə etdiyinə görə, arada həmin əlifba “naşenskiy” adlandırılırdı. Əvvəlkinə isə “velikolitovskiy” deyirdilər.

XIX – XX əsrlərdə Ukrayna dili üçün latın qrafikalı əlifbanın iki variantı vardı: İosif Lizinskinin 1834-cü ildə tərtib etdiyi “polyaklaşdırılmış” və çex slavisti Yozef İreçekin 1859-cu ildə tərtib etdiyi “çexləşdirilmiş” əlifbaları. 1833-cü ildə Moskvada naməlum müəllifin “Rus əlifbasının yeni təkmilləşdirilmiş hərfləri” (Novıye usoverşenstvovannıye literi russkoqo alfavita) yazısı çap olundu. Burada müəllif rus dili üçün belə bir əlifba təklif edirdi: Aa, Bb, Cc (цэ), Dd, Ee, Ff, Gg, Hh, Iiı, Jj (жэ), Kk, Ll, Mm, Nn, Oo, Pp, Rr, Ss, Tt, Uu, Vv, Zz, Чч, Шш, Ыы, Юю, Яя.

1842-ci ildə K.M.Kodinski “Rus qrammatikasının sadələşdirilməsi” (Uproşeniye russkoy qrammatiki) kitabında rus dili üçün latın qrafikalı əlifba təklif etmişdi. O, 1857-ci ildə “Rus yazısının dəyişdirilməsi və sadələşdirilməsi” (“Preobrazovaniye i uproşeniye russkoqo pravopisaniya”) adlı kitabında yenə də latın qrafikasının tətbiqini təklif edir. Kodinskinin təklif etdiyi əlifba rumın, macar və fransız əlifbalarının qarışığı idi: Aa, Bb, Cc, Dd, Ee, Ff, Gg, Hh, İi, Jj, Ll, Mm, Nn, Oo, Pp, Qq, Rr, Ss, Tt, Uu, Üü, Vv, Xx, Yy, Zz. Qəliz diqrafları olan (cz (ц), sz (ш), sc (щ), hi (ы)) olan əlifba ilə sözlərin oxunuşunda və yazılışında çətinliklər yaranırdı. Məsələn, “balıqlar” (рыбы) sözü bu əlifbada belə yazılırdı: rhibhi. Soyadların sonundakı –oв, -ев isə “-of”, “-ef” kimi yazılırdı. Bir sözlə, bu əlifba yazını daha da qəlizləşdirirdi.

1845-ci ildə V.Belinski difraqramları çıxardaraq rus latınını irəli sürdü. 1862-ci ildə Yulian Kotkovski öz broşüründə bütün slavyanlara polyak əlifbasından istifadə etməyi təklif etdi. 1871-ci ildə Zasyadko da öz təklifini verdi. Beləliklə, latın qrafikalı rus əlifbasının tərəfdarlarının hərəsi bir əlifba təklif edirdi... Yəni Oktyabr inqilabına qədər Çar Rusiyasında latın qrafikalı əlifbaya keçmək üçün kifayət qədər ciddi cəhdlər olub.

Səma Qarayeva

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55