Təhsil 365 - Logo Mobile

Seulda “Kitabi-Dədə Qorqud” kitabının təqdimatı keçirilib

10113.11.2025 - 16:50
Seulda “Kitabi-Dədə Qorqud” kitabının təqdimatı keçirilib

Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitab təqdim olunub.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, səfir Ramin Həsənov çıxışında Azərbaycan və Koreya arasında elmi-mədəni əməkdaşlıqdan danışaraq qeyd edib ki, xalqların oxşar dəyərləri və Ural-Altay dil ailəsinə mənsub olmaları mədəni əlaqələri gücləndirir. O bildirib ki, kitabın Koreya dilində nəşri iki ölkə arasında mədəni əməkdaşlığın növbəti nümunəsidir və Koreya ictimaiyyətinə Azərbaycanın milli irsini daha yaxından tanımaq imkanı yaradır. Çap olunmuş 1000 nüsxə Koreyanın müxtəlif kitabxanalarına hədiyyə ediləcək.

Diaspor Fondunun icraçı direktoru Əkrəm Abdullayev Koreyadakı Azərbaycan diasporunun və xüsusilə gənclərin fəaliyyətindən bəhs edib, onların elm və incəsənət sahələrində uğurlarını yüksək qiymətləndirib.

Professor Banq Min Ho dastanın Azərbaycanın qədim tarixi və zəngin folkloru barədə geniş təsəvvür yaratdığını vurğulayıb, Koreya dilinə tərcümənin ölkəsində Azərbaycanın mədəniyyətinə marağı artıracağını bildirib.

Tərcümənin həmmüəllifi Li Sucin layihənin yaranma prosesi, boyların seçimi və iki xalqın folklorundakı oxşarlıqlardan danışıb.

Tədbirdə elmi-mədəni dairələr, media nümayəndələri, diaspor fəalları və tələbələr iştirak edib, Azərbaycanın mədəniyyətini əks etdirən çap materialları və suvenirlər təqdim olunub.

Xədicə Paşayeva

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55