13 noyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecində fortepiano ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil olunub.
“Tehsil365” kollecin məlumatına əsasən xəbər verir ki, görüşdə tələbələrin dərsə davamiyyəti, nizam-intizam qaydalarına riayət olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil prosesində mövcud olan güclü və zəif tərəflər müzakirə edilib.
Tələbələrin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib, tədrisin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

