Təhsil 365 - Logo Mobile

Qafqazın ən qədim abidələrindən biri - Qum məbədi

10113.11.2025 - 11:45
Qafqazın ən qədim abidələrindən biri - Qum məbədi

Azərbaycan ərazisində Qafqaz Albaniyası dövrünə aid xeyli sayda dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri mövcuddur. Belə abidələrdən biri də Qax rayonunun Qum kəndində yerləşən qədim məbəddir. Qum məbədi 15 əsr əvvəl inşa edilmiş Qafqazın ən qədim bazilikalarından biri hesab olunur.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qum kəndi Qax şəhərindən 7 kilometr şimalda, Baş Qafqaz silsiləsinin ətəyində, Qum çayının sol sahilində, dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. “Arpatala”, “Xıdır axurlar”, “Buduqoba”, “Güllütəpə”, “Doludöyən”, “Çinarlı”, “Sırt qala”, “Ballıqaya”, “Xəzinə qaya” və sair yer adları, toponimlər bu yerlərin ilk sakinlərinin türk mənşəli hun, kimmer, sak, oğuz, qıpçaq, səlcuq tayfaları olduğunu sübut edir.

Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, inşa tarixi V-VI əsrlərə aid edilən Qum məbədi elmi tərəfdən araşdırılmış ilk məbədlərdən biridir. Abidədə ilk tədqiqat işləri XIX əsrdə rus tarixçisi, etnoqraf-alim Aleksandr Xaxanov tərəfindən aparılıb. Alim Qafqaz ekspedisiyasından sonra öz hesabatında Qum məbədi haqqında da məlumat verib. Məbəd əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunub və abidədə bərpa işləri aparılıb.

Tetrakonx (dörd bucaqlı, yarımqövs künclü) formasında tikilmiş məbədin uzunluğu 26,4, eni isə 19,3 metrdir. Uzunsov formalı məbəd 3 tərəfdən eyvanla əhatələnib. Məbədə şərq tərəfdən bitişik kvadratşəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi iki cüt T şəkilli sütun və söykənclə 3 nefə (zala) ayrılır. Orta nef yan neflərdən hündür olmaqla, apsida (kilsə divarında yarımdairəvi çıxıntı) ilə tamamlanıb. Apsidanın mehrab üstündəki hissəsi nal şəkillidir və şərqə doğru yönəldilib. Kərpicdən tikilən pilon və söykənclər nalvari talvarı saxlayır.

Məbədin üç qapısı olub. Eyvanlara açılan bu qapıların üstü yarımqövs şəkilli tağlarla bəzədilib. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşı və kərpicdən istifadə olunub. Daxildəki konstruksiya işləri bişmiş kərpiclə tamamlanıb, damı kirəmitlə örtülüb.

Mahir Əfəndi bildirib ki, Qum məbədi xalqımızın çoxəsrlik tikinti ənənələrinə malik olduğunu bir daha sübut edir. 2007-ci ildə Qum məbədində qrant vəsaiti hesabına konservasiya işləri aparılıb. Məbədin interyerinə daş döşənib, qrunt suların axması üçün drenaj sistemi quraşdırılıb.

Hazırda Qum məbədi tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Leyla Ağakişiyeva

Xəbər Lenti

Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00
UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir18.11.2025 - 11:55