Bakıda səfərdə olan “Müsəlman İnstitutu”nun (MUSLIM Institute) direktor müavini Asif Tanvir Avan Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. Görüş ADU-da yerləşən Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar və Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərlinin təşəbbüsü ilə baş tutub.
“Tehsil365” xəbər verir ki, görüş zamanı Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti təqdim olunub. Cənab A.T. Avan ADU-da yerləşən Şeyx Zayed adına Ərəb Dili Auditoriyası, “İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzi”, universitetin qiraətxanası və açıq kitabxanası ilə tanış olub.
“İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzi”nin elmi-tədqiqat fəaliyyəti barədə mərkəzin əməkdaşı Günay Səfərova qonağın suallarını ətraflı cavablandırıb.
Qiraətxanada və açıq kitabxanada mövcud olan zəngin kitab fondu haqqında isə EKİXM-in kitabxana şöbəsinin müdiri Nuranə Qafarova ətraflı məlumat verib.

