Dövlət İmtahan Mərkəzi 14 noyabr 2025-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, imtahan elektron qaydada 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdirilib.
İmtahanda 136 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 40 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17, 18 və 19 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

