Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
“Tehsil365” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib.
Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist "Euronews" telekanalında fəaliyyət göstərirdi.
O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.

