Mərhum aktyor Alan Rikmanın şəxsi əşyaları, o cümlədən "Harri Potter" filmlərinin ssenariləri "Propstore"da hərraca çıxarılacaq.
“Tehsil365” "The Guardian"a istinadən xəbər verir ki, üçgünlük hərrac 5-7 dekabr tarixlərində Londonda keçiriləcək.
Hərracın təşkilatçıları aktyorun filmin çəkilişlərindən ssenarilərinin və digər xatirə əşyalarının plastik qutularda saxladığını açıqlayıblar.
Xatırladaq ki, "Qızıl Qlobus" mükafatı laureatı olan aktyor 2016-cı ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Onun ən məşhur rolu 2001-ci ildən 2011-ci ilə qədər yayımlanan "Harri Potter" filmlərindəki Severus Sneyp rolu olub.

