"Disney" video generasiyası üçün öz neyron şəbəkəsini işə salmağı planlaşdırır.
“Tehsil365” xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Məlumata görə, baş direktor Bob Ayger bu xəbəri şirkətin maliyyə ili nəticələri üzrə keçirilən konfrans zamanı açıqlayıb.
O bildirib ki, yeni platforma vasitəsilə istifadəçilər öz videolarını yarada biləcəklər və digər istifadəçilərin də həmin videoları izləmək imkanı olacaq.

