Moskva Dövlət Universitetinin tədqiqatçıları göz qapaqlarından, kirpiklərindən belə insanı identifikasiya etmək üçün üsul hazırlayıblar.
“Tehsil365” xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Müəlliflər süni intellektə əsas nöqtələrin qurulması və uyğunlaşdırılması üçün neyroşəbəkə metodunu yükləyiblər.
Bu da insanın şəxsiyyətinin avtomatik müəyyən edilməsi problemini həll edir.
Müəlliflər hesab edirlər ki, yeni yanaşma biometrik identifikasiya sistemləri üçün əsas kimi istifadə edilə bilər.

