Son araşdırmalara görə, gündə 3-dən çox banan yemək kaliumun normadan artıq yüksəlməsinə səbəb ola bilər və bu, ürək ritminə mənfi təsir göstərə bilər.
Mütəxəssislər bildirir ki, banan hər nə qədər vitaminlərlə zəngin olsa da, həddindən artıq istifadə edildikdə sağlamlıq üçün risk yarada bilər. Bananın tərkibində yüksək miqdarda kalium var və bu maddə çox olduqda ürək döyüntüsündə pozuntular, halsızlıq və əzələ zəifliyi yarana bilər.
Dietoloq Reyhan Əhmədovanın sözlərinə görə, sağlam insanlar üçün gündə 1–2 banan təhlükəsiz hesab olunur. Lakin ürək-damar problemi, böyrək xəstəliyi və ya aşağı təzyiqi olan şəxslər bananı daha ehtiyatla qəbul etməlidirlər.
Mütəxəssis həmçinin qeyd edir ki, balanslı qidalanma hər şeyin ölçülü qəbul edilməsindən keçir: “Bir qida faydalıdır deyə onu çox yemək doğru deyil. Həddindən artıq istifadə faydanı zərərə çevirir.”
Nəticə olaraq, mütəxəssislər meyvə və tərəvəzin gündəlik rasionda balanslı şəkildə paylaşılmasını tövsiyə edir.

