Təhsil 365 - Logo Mobile

Bakıda ananın azyaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb

8415.11.2025 - 08:00
Bakıda ananın azyaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb

Bakıda azyaşlı qızına qarşı dəfələrlə fiziki zorakılıq etməkdə, işgəncə verməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Tehsil365” “Teleqraf"a istinadla xəbər verir ki, cinayət işi materiallarında Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızına verdiyi dəhşətli işgəncələr ortaya çıxıb.

Azyaşlının uzun müddət müxtəlif alətlərlə döyülməsi, yandırılması və təhqiredici davranışlara məruz qalması məlum olub.

Fatimə Ramazanova heç bir əsas olmadan azyaşlı qızına müxtəlif dövrlərdə oxlov, elektrik naqili, dəri kəmər və digər əşyalarla zərbələr endirib. Bundan başqa, kəfgiri sobada qızdıraraq uşağın sol əlinin ovuc səthinə, sol qoluna və burnunun üstünə basdırmaqla termiki yanıq xəsarətləri yetirib.

Sonuncu dəfə isə 2 mart 2025-ci il tarixində isə yenə də uşağın yemək yeməməsi bəhanəsi ilə dəri kəmərlə döymə nəticəsində azyaşlının bədənində çoxsaylı hematomalar, qançırlar və sıyrıqlar yaranıb.

Fatimə Ramazanova ifadəsində uşaqlıq dövründən etibarən ailə zorakılığına məruz qaldığını, 13 yaşı olanda atasının intihar etdiyini, anasının isə normal həyat tərzi keçirmədiyini bildirib.

15 yaşında evdən qaçaraq işləməyə başlayan Fatimə uzun müddət müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant olaraq işləyib. 18 yaşından sonra Elçin adlı şəxslə birgə yaşayıb və onların ailə mühitində də zorakılıq halları baş verib.

Elçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından sonra Fatimə yeni iş yerində Əsmər adlı qadınla tanış olub və həmin şəxsin evinə köçüb. Bu müddətdə hamilə qaldığını öyrənib və 2021-ci ildə qızı dünyaya gəlib.

Uşağın doğumundan sonra uzunmüddətli iş rejimi səbəbindən Mələk adlı azyaşlı bir neçə ay Almaz adlı qadının evində qalıb. Daha sonra azyaşlı başqa dayənin - Samirənin yanına verilib. Fatimə uşağına baxdığına görə Samirə adlı qadına gündəlik 20 manat ödəniş edirmiş.

Fatimənin dediyinə görə, qızı Samirənin evində olduğu müddətdə onun qidalanma və davranış problemləri yaranıb. Buna görə də Samirə ilə onun arasında gərginliklər yaranıb. Fatimə deyib ki, buna görə uşağı cəzalandırmağa başlayıb.

Azyaşlı yemək yemədiyi üçün anası tərəfindən işgəncələrə məruz qalıb. Fatimə iddia edib ki, qızının yemək yeməməsinin səbəbi Samirə adlı qadın olub. Onun sözlərinə görə, Samirə onun qızını övladlığa götürmək istəyib, lakin o, bununla razılaşmayıb. Fatimə deyib ki, Samirə adlı qadın qızına yemək yeməməsini tapşırıb.

Fatimə qızını döydüyünü etiraf etsə də, onun bədənini yandırmadığını söyləyib. Bildirib ki, qızı Samirənin evində qaldığı zaman qızı qotur xəstəliyinə tutulduğu üçün bədənində yaralar əmələ gəlib və həmin izlər də həmin xəstəlikdən sonra yaranıb.

Azyaşlının ifadəsi...

Yetkinlik yaşına çatmayan azyaşlı zərərçəkmiş qismində psixoloqun müşayiəti ilə ifadə verən zaman bildirib ki, anası onu mütəmadi olaraq kəmər, dəmir dabankeş və kəfgirdən istifadə edərək döyüb. Qulağına isti su töküb, saçından dartaraq təhqiramiz davranışlar edib, gecələr bir ayaq üstdə saxlayıb.

Azyaşlının ifadəsindən məlum olub ki, onun bədənindəki siqaret yanıqları anası ilə birgə yaşayan Roma adlı şəxs tərəfindən edilib. Azyaşlı, həmçinin, ifadəsində bildirib ki, anası ilə yaşayan Roma adlı şəxs ona zorakılıq barədə danışmasını qadağan edib, danışacağı təqdirdə onu döyməklə hədələyib.

Azyaşlının işgəncələrə məruz qalmasını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasının təfərrüatı da məlum olub.

Belə ki, Fatimə Ramazanova qızına işgəncələr verdiyi, bir ayağı üstdə saxladığı videogörüntünü Samirə adlı qadına göndərərək baş verənlərin günahkarı kimi onu göstərib. Fatimə Samirə adlı qadına deyib ki, uşağının yemək yeməməsinin səbəbi odur və buna görə də əsəbiləşərək qızına qarşı bu davranışları edir.

Azyaşlı gecələr çığıraraq yuxudan oyanırmış...

"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.

Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.

Fatimə analıq hüququndan məhrum ediləcək...

Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.

Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, azyaşlının bu fotoları sığınacağa yerləşdirildiyi ilk gündə (bu ilin mart ayının əvvəlində) çəkilib.


Könül Əsgərova

Xəbər Lenti

Qəhvəyi gözlü insanlar "sakit gücə" malikdirlər15.11.2025 - 14:40
Baş ağrısını tez aradan qaldırmağa kömək edən çaylar15.11.2025 - 14:20
Avropada sosial şəbəkələri yeniyetmələrə qadağan edən ilk ölkə15.11.2025 - 14:00
BSU-nun rektoru Varşava Universitetində mühazirə ilə çıxış edib15.11.2025 - 12:45
Ata 2 aylıq körpəsini döyüb öldürdü15.11.2025 - 12:30
Yaşar Nurinin qızı vəfat etdi15.11.2025 - 12:15
"ARB" və "ARB 24" telekanalları "ARB 24 MMC"-nin tərkibində fəaliyyətlərini davam etdirir15.11.2025 - 12:11
Çiyələyi çox yemək allergiya riskini artırır‐ həkimlər xəbərdarlıq edir15.11.2025 - 12:10
Süni intellekt məktəblərdə müəllim çatışmazlığını azalda bilər15.11.2025 - 12:00
Ürək üçün faydalı çay15.11.2025 - 12:00
Telefon bağımlılığı şagirdlərin diqqətini 30% azaldır15.11.2025 - 11:47
Milli Qəhrəman atası olan Əməkdar artist Akif Mirabov vəfat edib15.11.2025 - 11:45
Onlayn dərslər yazı bacarıqlarını zəiflədirmi ?15.11.2025 - 11:37
Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda elmi konfrans keçirilib15.11.2025 - 11:30
Rusiya məktəblərində hərbi təhsil genişləndilir15.11.2025 - 11:15
Yatmazdan əvvəl telefona baxmaq yuxu sağlamlığını həqiqətən təsir edirmi?15.11.2025 - 11:00
Sabahdan məktəblərdə payız tətili başlayır15.11.2025 - 10:45
Məktəbdə zorakılıq hallarında psixoloq nə etməlidir?15.11.2025 - 10:30
“Globalinfo”nun fəaliyyətə başlamasından 3 il ötür15.11.2025 - 10:15
Tələbələr arasında minifutbol turnirinə yekun vurulub15.11.2025 - 10:00
Lavrovun tam dərc edilməyən müsahibəsi İtaliyada başqa nəşrdə yayıldı15.11.2025 - 10:00
Dekabrda 9 gün iş olmayacaq15.11.2025 - 09:45
Gəncədə 17 yaşlı piyada maşın vurması nəticəsində ölüb15.11.2025 - 09:30
Tam orta məktəblərdə qadın direktorların sayı sürətlə artır15.11.2025 - 09:15
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib15.11.2025 - 09:10
İngiltərədə şagird azlığı problemi: 12% yer boş qalıb15.11.2025 - 09:00
Milli Kitabxanada ənənəvi kitab sərgisi açılıb15.11.2025 - 08:45
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub15.11.2025 - 08:30
“Zəfər” elm müsabiqəsinin qalibləri bəlli olub15.11.2025 - 08:15
Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib15.11.2025 - 07:45
Bu məktəblərdə pilot ixtisaslar tədris olunacaq15.11.2025 - 07:30
Varşava Universitetində Azərbaycanın qədim xəritələrindən ibarət unikal qalereya açılıb15.11.2025 - 07:15
Gəncədə 15 yaşlı oğlanı maşın vuraraq öldürdü15.11.2025 - 07:00
Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı15.11.2025 - 06:45
Kristofer Nolanın yeni filminin çəkilişi üçün 600 kilometrdən çox kinolent istifadə edilib15.11.2025 - 06:30
Azərbaycanda süni intellekt aparıcı qismində İKT xəbərlərini təqdim edəcək15.11.2025 - 06:15
Süni intellektə qeyri-adi bacarıq yükləndi15.11.2025 - 06:00
"Disney" hər kəsə video yaratmaq imkanı verəcək15.11.2025 - 05:45
Kibertəhlükəsizlik məktəblərdə zəruri fənn ola bilər 15.11.2025 - 05:35
Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda15.11.2025 - 05:30
Bananı çox yemək ürək sağlamlığına zərər vura bilər - araşdırma15.11.2025 - 05:25
Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı15.11.2025 - 05:15
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.11.2025 - 05:14
Bu günün hava PROQNOZU15.11.2025 - 05:08
Bu günün hava proqnozu açıqlanıb 15.11.2025 - 05:00
Avstraliya beynəlxalq tələbə siyasətində yeni istiqamət alır15.11.2025 - 04:45
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?15.11.2025 - 04:30