Milli Kitabxanada “17 Noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi açılıb
“Tehsil365” bu barədə Azərtac-a istinadən xəbər verir.
Bildirilib ki, sərgidə Azərbaycan xalqının azadlıq mübarizəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, ölkəmizin çoxəsrlik tarixi, milli oyanış və azadlıq hərəkatı, dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesləri, xalqımızın mənəvi dəyərləri, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin edilməsi və digər mövzularla bağlı Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

