İtaliyanın "La Verita" qəzeti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məşhur "Corriere della Sera" nəşrinə verdiyi müsahibəsini tam şəkildə dərc edib.
“Tehsil365” xəbər verir ki, "Corriere della Sera"nın nazirdən aldığı müsahibəni tam dərc etməkdən imtina etməsindən sonra "La Verita" öz saytında rusiyalı diplomatın müsahibəsinə geniş yer ayırıb.
"La Verita" qəzeti müsahibədə yer alan müəyyən mübahisəli fikirləri oxucularına çatdırmaq üçün belə addım atdıqlarını açıqlayıb.
Xatırladaq ki, "Corriere della Sera" qəzeti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müsahibəsini "mübahisəli iddialar"a əsaslanaraq tam dərc etməkdən imtina edib.

