Pandemiya dövründən sonra aparılan araşdırmalar göstərir ki, uzun müddət onlayn dərs alan şagirdlərin əl yazısı və yazılı ifadə bacarıqlarında azalma müşahidə olunub.
Mütəxəssislərə görə, onlayn dərslərdə şagirdlərin əksəriyyəti qeydləri telefon və kompüterə etməyə üstünlük verirdi. Bu isə əl yazısı vərdişlərini zəiflədir və yazılı ifadəni çətinləşdirir.
Filologiya müəllimi Aysel Məmmədova bildirir:“Şagird beyində cümlə qurur, onu əl ilə yazır və bu proses yaddaşa təsir edir. Onlayn dərslər zamanı bu zəncir zəiflədiyi üçün yazı bacarıqlarında geriləmə olur.”
Tədqiqatlar həmçinin göstərir ki, kompüterdə sürətli yazmaq bacarığı artsa da, yaradıcı yazı və məntiqi ifadə qabiliyyəti zəifləyib.
Mütəxəssislər məktəblərdə yenidən əl ilə yazı tapşırıqlarının artırılmasını tövsiyə edir.

