Təhsil 365 - Logo Mobile

Alimlər mürəkkəb məqsədlərə çatmağın sadə sirrini açıqlayıblar

10615.11.2025 - 15:00
Alimlər mürəkkəb məqsədlərə çatmağın sadə sirrini açıqlayıblar

Emosiyalarına nəzarət etməyi və qətiyyətli davranmağı bacaran insanlar, qərarsızlıq göstərən və qərar verməyi təxirə salanlara nisbətən çətin məqsədlərə daha çox nail olurlar. Bu qənaətə Almaniyanın Trier Universitetinin psixoloqları gəliblər.

“Tehsil365” xəbər verir ki, araşdırma Motivation and Emotion (ME) jurnalında dərc olunub.

Alimlər "şəxsi sistemlərin qarşılıqlı təsiri" nəzəriyyəsinə əsaslanıblar. Bu nəzəriyyəyə görə, məqsədlərə çatma uğuru təkcə motivasiyadan və zamandan deyil, həm də insanın daxili vəziyyətinə nəzarət etmə bacarığından asılıdır.

Belə ki, "fəaliyyət yönümlü" insanlar xüsusilə stres vəziyyətində planlaşdırmadan əmələ keçməyə daha asan adaptasiya olurlar. Onların əksi olan "hal yönümlü" insanlar isə çox düşünərək və tərəddüd edərək prosesdə ilişib qalırlar.

Tədqiqatın müəllifləri Karla Valdenmayer və Nikola Baumann 199 nəfərin (əsasən tələbələr, orta yaş 22) iştirakı ilə dörd həftəlik araşdırma aparıblar. Hər bir iştirakçı altı şəxsi məqsəd seçib, onların çətinlik dərəcəsini qiymətləndirib və bir ay sonra nəticələr barədə məlumat verib.

Nəticələr göstərib ki, məqsəd nə qədər çətin olsa, ona çatma ehtimalı bir o qədər azalır. Lakin "fəaliyyət yönümlü" iştirakçılarda bu əlaqə daha zəif idi - onlar çətin tapşırıqlarda belə daha çox uğur əldə edirdilər.

"Hal yönümlü" insanlarda isə məqsədin mürəkkəbləşməsi ilə uğur faizi kəskin şəkildə düşürdü. Sadə tapşırıqlar zamanı isə fərq demək olar ki, müşahidə olunmurdu.

Araşdırma müəllifləri bunu belə izah ediblər:

"Kim Everesti fəth edir? Hər şey insanın məqsədi nə dərəcədə çətin qəbul etməsindən asılıdır. "Fəaliyyət yönümlü" insanlar üçün bu sadəcə növbəti çağırışdır, "düşünənlər" üçün isə maneə."

Alimlər vurğulayıblar ki, əsas amil emosiyaların özünütənzimləməsidir - yəni vəziyyət plan üzrə getmədikdə sakit qalmaq və analiz mərhələsindən əməl mərhələsinə vaxtında keçməyi bacarmaqdır.


Elnarə Həmidli

Xəbər Lenti

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçirilir15.01.2026 - 16:01
Baş Prokurorluğa 51 gənc hüquqşünas qulluğa qəbul olunub15.01.2026 - 15:49
BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığı müzakirə olunub - FOTO15.01.2026 - 15:37
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq15.01.2026 - 15:23
UNEC-in elmi nəşrlərinin 18,7 faizi dünyanın ən çox sitat alan ilk 10 faiz kateqoriyası reytinqindədir15.01.2026 - 15:10
BMU nümayəndə heyəti Əbu-Dabidə 18-ci Dünya Gələcək Enerji Sammitində iştirak edib - FOTO15.01.2026 - 14:59
“Seyid Əşrəf ziyarətgahı” kitabı nəşr olunub15.01.2026 - 14:47
Azərbaycanlı tədqiqatçıların insan genomu ilə bağlı elmi işi “Nature Communications” jurnalında dərc olunub - FOTO15.01.2026 - 14:34
UNEC-in təşkil etdiyi elmi məqalə müsabiqəsində ADNSU tələbələri fərqlənib15.01.2026 - 14:11
ADNSU-nun rektoruna “2025-ci ilin ən yaxşı rektoru” mükafatı təqdim edilib15.01.2026 - 13:51
Kimya İnstitutunun alimləri fundamental və tətbiqi elmi araşdırmalarını davam etdirirlər15.01.2026 - 13:49
Mərkəzi Elmi Kitabxanada “Hiperkitap” rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib15.01.2026 - 13:37
Türkiyə–Azərbaycan Universiteti daha çox yüksək bal toplayan intellektual gəncləri cəlb edir - Vilayət Vəliyev15.01.2026 - 13:25
AMEA-da Sadıq Qarayevin əsərlərində azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdətinə həsr olunmuş tədbir keçirilib - FOTO15.01.2026 - 13:12
Əmir Səəd məqbərəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması hər birimizin mənəvi borcudur15.01.2026 - 13:01
Yazıçılar Birliyindən 15 manatla bağlı narazılığa REAKSİYA15.01.2026 - 12:44
Altı gün sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ15.01.2026 - 12:29
İnternet resurslarında təhqir və əxlaqa zidd paylaşımlar QADAĞAN EDİLDİ15.01.2026 - 12:16
MİQ imtahanında iştirakın ödənişli olması TƏSDİQLƏNDİ15.01.2026 - 11:47
Hava dəyişəcək - 20 dərəcə şaxta olacaq15.01.2026 - 11:30
“Dövlət idarəçiliyində rəqəmsal transformasiya” - təlim - FOTO15.01.2026 - 11:13
Lütfi Zadə adına olimpiada və fənn müsabiqələrinə qeydiyyat başlayır 15.01.2026 - 11:03
UNEC-də yarış keçirilib - FOTO15.01.2026 - 10:53
Xüsusi təhsil müəssisələrində bu qədər şagird təhsil alır15.01.2026 - 10:42
Sabah hava isti olacaq 15.01.2026 - 10:33
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTOLAR15.01.2026 - 10:21
Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparıcı metodisti Günay Əbilova tanıdılıb - FOTO15.01.2026 - 10:10
164 müəssisədə, 7 mindən çox uşaq təhsil alır STATİSTİKA15.01.2026 - 09:56
“Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunacaq15.01.2026 - 09:47
Alimlər xroniki yorğunluğun bioloji səbəbini aşkar ediblər15.01.2026 - 09:39
“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub15.01.2026 - 09:32
ADU professorunun “İkidilli Təhsil” adlı tədris vəsaiti nəşr olunub - FOTO15.01.2026 - 09:25
ADU-da akademik məsləhətçi vəzifəsi üzrə işə qəbul elan edilib15.01.2026 - 09:18
ADU-da vakant vəzifə üzrə işə qəbul elan olunur15.01.2026 - 09:12
Ötən il kinoteatrlarda 30-da yaxın yerli film nümayiş olunub15.01.2026 - 09:05
Bu gün görkəmli şair Nazim Hikmətin doğum günüdür15.01.2026 - 09:00
“Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib - FOTO15.01.2026 - 08:50
Arxeoloq-alim beynəlxalq seminarda Azərbaycan-özbək mədəni əlaqələrindən danışıb - FOTO15.01.2026 - 08:40
Salyanda iki məktəb yenidən inşa ediləcək15.01.2026 - 08:30
İndoneziyada təhsil üzrə təqaüd proqramı15.01.2026 - 08:20
Qubada tələbələr üçün “MathCamp 2026” qış düşərgəsi keçiriləcək15.01.2026 - 07:57
Bakıda kollec tələbəsi dünyasını dəyişdi - FOTO15.01.2026 - 07:45
Google valideyn nəzarəti ilə bağlı qaydaları dəyişir15.01.2026 - 07:32
DİM-də TOEFL iBT imtahanı keçiriləcək15.01.2026 - 07:20
Bu gün hava necə olacaq? 15.01.2026 - 07:10
Saqqızın gözlənilməz faydaları açıqlandı15.01.2026 - 07:00
Qışda sağlamlığı qorumaq üçün ən vacib məhsul açıqlandı15.01.2026 - 06:46
Rəssamlar İttifaqında "Kukla dünyasının sirləri" adlı sərgi açılıb 15.01.2026 - 06:31