Hindistanda hüquq ixtisası üzrə fəaliyyət göstərmək istəyənlər üçün mühüm əhəmiyyət daşıyan AIBE 2025 (All India Bar Examination) imtahanının giriş biletləri (hall ticket) artıq yayımlanıb.
"Tehsil365" xəbər verir ki, Namizədlər biletləri allindiabarexamination.com rəsmi saytından yükləyə bilərlər.
İmtahanın keçirilmə tarixi 30 noyabr 2025 olaraq müəyyən edilib. AIBE imtahanı hüquq məzunlarının vəkillik fəaliyyətinə başlamaq üçün keçməli olduqları vacib mərhələlərdən biridir. İmtahana qatılacaq namizədlərin şəxsiyyət sənədi ilə birlikdə hall ticket-i imtahan günü təqdim etməsi tələb olunur.
Rəsmilər imtahan iştirakçılarına vaxtında hall ticket-lərini yükləməyi və imtahana qədər bütün təlimatlarla tanış olmağı tövsiyə edirlər.

