Sevincimin həddi-hüdudu yoxdur. Çətin günlərimiz, zədələrimiz, ağrılarımız çox oldu. Bu günə çox əzab-əziyyətlə gəldik.
“Tehsil365“ Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Gimnastika üzrə Avropa çempionu Mədinə Mustafayeva deyib.
“Hələ də inana bilmirəm ki, Avropa çempionu olmuşuq. Bu, Avropa çempionatından bizim ilk medalımızdır”, - deyə M.Mustafayeva bildirib.

