Təhsil 365 - Logo Mobile

Mingəçevir Dövlət Universitetində “Velopark - sağlam gənclik, yaşıl kampus” layihəsinin təqdimatı keçirilib

10516.11.2025 - 15:17
Mingəçevir Dövlət Universitetində “Velopark - sağlam gənclik, yaşıl kampus” layihəsinin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) tərəfdaşlığı ilə reallaşdırılan “Velopark – sağlam gənclik, yaşıl kampus” layihəsinin açılış mərasimi keçirilib.

“Tehsil365” bildirir ki, rəmzi veloyürüşlə başlayan tədbirdə 70 tələbə qızdan ibarət qrup MDU-nun əsas tədris binasının qarşısından start götürərək Kür Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında finiş edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin, noyabrın 11-də təyyarə qəzasında həlak olmuş türkiyəli hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

MDU-nun rektoru Anar Eminov çıxışında layihənin ölkəmizdə sağlam həyat tərzinin təşviqi və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olduğunu qeyd edib. O, layihənin MDU-nun strateji hədəfləri ilə uzlaşdığını, xüsusilə regionlardan olan tələbə qızların sosial fəallığının və fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb. Rektor bildirib ki, federasiya tərəfindən 70 tələbə qıza təqdim olunan velosipedlər layihənin maddi-texniki bazasının möhkəmlənməsinə və daha geniş tələbə auditoriyasının prosesə cəlb edilməsinə şərait yaradıb.

Gənclər və idman naziri Fərid Qayıbov layihənin regionlarda və universitet mühitində sağlam və aktiv gəncliyin formalaşmasına verdiyi töhfələri qeyd edib. Nazir bildirib ki, MDU-nun veloinfrastukturu tələbələrin idmanla mütəmadi məşğul olması üçün əlçatan və davamlı imkanlar yaradır. Bu təşəbbüs ali təhsil müəssisələrində idmana marağın artmasına müsbət təsir göstərəcək. Nazir layihənin hazırlanması və icrasında nümayiş etdirilən əməkdaşlığı yüksək qiymətləndirib, gənclərin fiziki aktivliyini artıran belə təşəbbüslərin gələcəkdə də dəstəklənəcəyini vurğulayıb.

AzVİF-in vitse-prezidenti Fikrət Hüseynov çıxışında layihənin regionlarda idman infrastrukturunun inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. O bildirib ki, MDU-da yaradılan velosiped parkı tələbələr və şəhər ictimaiyyəti üçün yeni vərdişlərin formalaşmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edəcək. Fikrət Hüseynov federasiyanın bu təşəbbüsə verdiyi dəstəyin gənclər arasında velosiped idmanının kütləviləşdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə uyğun olduğunu bildirib və universitetlə əməkdaşlığın davamlı olacağını vurğulayıb.

Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında ölkəmizdə gənclərin hərtərəfli inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasəti onların sağlam, fəal və vətənpərvər ruhda yetişməsinə geniş imkanlar yaradır. Bəxtiyar Mustafayev layihənin bu siyasətin tərkib hissəsi kimi Mingəçevirdə gənclərin fiziki aktivliyinin, sosial inteqrasiyasının və sağlam həyat tərzi vərdişlərinin gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Daha sonra layihənin təşkilati işlərində fəallığı ilə seçilən şəxslərə təşəkkürnamələr təqdim olunub, layihəyə seçilən 70 tələbə qıza isə sertifikat verilib.

Bu il sentyabrın 10-dan elan edilən layihə üçün 400-dən çox tələbə qız müraciət edib. Seçim mərhələlərini uğurla başa vuran iştirakçılar maarifləndirici təlimlərdə, veloyürüş kurslarında və şəhər turlarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdiriblər. Bu fəaliyyət yalnız idman vərdişlərinin artırılmasına deyil, həm də komanda ruhu, liderlik, təhlükəsizlik mədəniyyəti və ekoloji məsuliyyət kimi dəyərlərin formalaşdırılmasına xidmət edib. Layihənin sonunda formalaşan yeni velosipedçi qızlar qrupu MDU-nun “Yaşıl kampus” hərəkatının fəal simalarından birinə çevrilib. “Velopark – sağlam gənclik, yaşıl kampus” layihəsi Mingəçevir Dövlət Universitetində təkcə yeni idman məkanının istifadəyə verilməsi deyil, həm də sağlamlıq, ekoloji düşüncə və tələbə həmrəyliyi kimi dəyərlərin möhkəmlənməsi baxımından mühüm addımdır. Layihə növbəti mərhələlərdə daha geniş tələbə auditoriyasını əhatə edəcək və MDU-nun müasir kampus modelinə doğru inkişafını sürətləndirəcək.

Aysel Paşayeva

Xəbər Lenti

Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Məktəblilər arasında basketbol çempionatının rayon və zona mərhələləri davam edir18.11.2025 - 18:33
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00