Təhsil 365 - Logo Mobile

Əfqan Baxışov: Süni intellekt həlləri aviasiya sektorunun yeni mərhələyə keçidini təmin edir

10616.11.2025 - 15:37
Əfqan Baxışov: Süni intellekt həlləri aviasiya sektorunun yeni mərhələyə keçidini təmin edir

Aviasiya sektorunda rəqəmsal həllərin tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsi və əməliyyatların optimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Tehsil365” xəbər verir ki, bu fikri “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günü çərçivəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, mürəkkəbləşən hava nəqliyyatı sistemləri və artan uçuş sayları fonunda süni intellekt və innovativ texnologiyalar olmadan effektiv idarəetməyə nail olmaq mümkün deyil: “Artıq hava məkanımız genişlənir, uçuş marşrutları artır. Bu isə daha çox dispetçer və mütəxəssis tələb edir. Lakin praktiki olaraq bu cür fəaliyyətin yalnız əl üsulu ilə idarəolunması mümkün deyil. Süni intellekt əsaslı həllər bizə daha dəqiq, sürətli və az resursla işləmək imkanı yaradır”.

Əfqan Baxışov əlavə edib ki, təyyarə parkının idarəolunması, texniki xidmət və hissələrin yenilənməsi sahəsində də rəqəmsal sistemlər mühüm rol oynayır: “İndi ICC həlləri vasitəsilə uçuş aparatlarının hansı detallarının nə vaxt dəyişdirilməli olduğu barədə əvvəlcədən məlumat ala bilirik”.

O, həmçinin hava limanlarında “ağıllı aeroport” konsepsiyasının tətbiqinə diqqət çəkib: “Biz artıq Azərbaycanda smart aeroport modeli üzərində çalışırıq. Sərnişinlər prosesi ənənəvi yoxlamalar olmadan, daha rahat və texnoloji mühitdə keçmək istəyirlər. ICC həlləri burada əsas rol oynayır. Milyonlarla baqajın çeşidlənməsi də yalnız bu sistemlər vasitəsilə mümkün olur”.

Əfqan Baxışov vurğulayıb ki, yanacaq sərfiyyatının azaldılması və karbon izinin minimuma endirilməsi üçün də süni intellekt texnologiyalarından istifadə edilir:“Aviasiya sahəsində yanacaq sərfiyyatı həm iqtisadi, həm də ekoloji aspektdən önəmlidir. ICC həlləri bu prosesləri optimallaşdırmaqda böyük rol oynayır”.

Sonda o, gənclərə müraciət edərək onların texnoloji dəyişimin əsas aparıcı qüvvəsi olduğunu bildirib:“Bizim nəsil internet və süni intellekt dövründən əvvəl doğulub, lakin siz rəqəmsal dünyaya doğulmusunuz. İndi növbə sizindir - düşünün, yaradın, tətbiq edin”.

Aysel Paşayeva

Xəbər Lenti

2025-ci payız semestrində bakalavr tələbə qəbulu 2.4% artacaq17.11.2025 - 07:54
Kolorado liseyində atışmada yaralanan yeniyetmə xəstəxanadan buraxılıb17.11.2025 - 07:41
Bakıda SAF 2025-ə start verilib17.11.2025 - 07:30
Johns Hopkins universiteti ailəsi illik gəliri 200,000 ABŞ dollarından aşağı olan tələbələrin təhsil haqqını ödəyəcək17.11.2025 - 07:28
Bakıda “Çin Ziyarətçiləri Sammiti” keçirilir17.11.2025 - 07:22
Bu universitetlərdə qəbul sayı azaldılacaq17.11.2025 - 07:17
“The Rite of Spring” triumfu BIAF-2025-in kulminasiyası olub17.11.2025 - 07:16
17 noyabr 1988 — Topxana meşəsinin qırılmasına etiraz : Milli oyanışın başlanğıcı17.11.2025 - 07:15
Şagirdlərin 50%-i ibtidaidən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir17.11.2025 - 06:52
Qəbələ Beynəlxalq Hava Limanının yaradılmasından 14 il ötür17.11.2025 - 06:49
Milli Dirçəliş Günü münasibətilə geniş tədbirlər keçirilir17.11.2025 - 06:36
Meşədə itlərlə axtarılır, kilosu 7 minə satılır17.11.2025 - 06:35
Sabahdan vatsap bu telefonlarda işləməyəcək17.11.2025 - 06:30
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.11.2025 - 06:28
Ətin yerini verən tərəvəz - Həm torpağı, həm də bədəni qidalandırır17.11.2025 - 06:26
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb17.11.2025 - 06:24
Beynəlxalq tələbə günü — 17 noyabr17.11.2025 - 06:23
Süni intellektə qeyri-adi bacarıq yükləndi17.11.2025 - 06:21
BDU tələbələri "AZLİNG 2025"adlı Beynəlxalq elmi konfransında iştirak ediblər17.11.2025 - 06:20
Bakıda kilosu 10 manata satılan meyvə mübahisə yaratdı – Bilinməyənlər17.11.2025 - 06:15
Toğrul Xudiyev – Azərbaycanın qəhrəman əsgərinin xatirəsi anılır17.11.2025 - 06:10
Bakıda "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı konfrans keçirilib17.11.2025 - 06:08
Təhsildən yayınan 28 şagird məktəbə qaytarılıb17.11.2025 - 06:06
Şahmurad İsgəndərovun ölüm günü anılır17.11.2025 - 05:57
SAF 2025-də Şirvan-Salyandan 20 komanda iştirak edəcək17.11.2025 - 05:52
Daşqın Ağayevin vəfatının ildönümüdür17.11.2025 - 05:44
Mehriban Əliyevadan Milli Dirçəliş Günü PAYLAŞIMI17.11.2025 - 05:44
İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib17.11.2025 - 05:36
Gülşən Qurbanovanın anım günüdür 17.11.2025 - 05:31
Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirilib17.11.2025 - 05:26
Əliövsət Sadıqovun anım günü17.11.2025 - 05:18
ABŞ-ın San Dieqo şəhərində Azərbaycan-Amerika dostluq konserti təşkil olunub17.11.2025 - 05:18
Bu gün hava necə olacaq? - PROQNOZ17.11.2025 - 05:12
MDU-da “Velo-Park - Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi təqdim edildi17.11.2025 - 05:06
Məhəbbət Quliyevin doğum günü qeyd olunur17.11.2025 - 05:05
Sergey Murtuzəliyevin doğum günü qeyd olunur17.11.2025 - 04:52
Gülarə Əziz qızı Əliyevanın doğum günü – Azərbaycan musiqisinin dəyərli siması17.11.2025 - 04:39
Əli İldırımoğlunun doğum günü – Azərbaycan ədəbiyyatı və jurnalistikası üçün əvəzsiz şəxsiyyət17.11.2025 - 04:26
Fuad Xəlilovun doğum günüdür – Azərbaycanın görkəmli rəssamı yad olunur17.11.2025 - 04:13
Azərbaycan xalça sənətinin banilərindən biri – Lətif Kərimovun doğum günüdür 17.11.2025 - 04:00
Kitablar zehni inkişaf etdirir və stressi azaldır16.11.2025 - 18:45
Bananın bilinməyən üstünlükləri haqqında maraqlı məlumat 16.11.2025 - 18:30
Soğanın gizli faydaları diqqət çəkir16.11.2025 - 18:15
İmran Muxtarov: "Azərbaycan regionda kosmos mərkəzi kimi rolunu gücləndirir"16.11.2025 - 18:00
"Abituriyentlər ixtisas seçimi öz maraqlarına uyğun etməlidirlər" - İlkin Məmmədkərimov16.11.2025 - 17:50
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"16.11.2025 - 17:37
Nazir müavini: "Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq"16.11.2025 - 17:17
Şans və zəhmət:uğurun 2 sütunu16.11.2025 - 17:15