ABŞ-ın nüfuzlu Johns Hopkins Universiteti yeni təhsil dəstəyi proqramını elan edib.
"Tehsil365" xəbər verir ki, Proqrama əsasən, ailəsi illik gəliri 200,000 ABŞ dollarından aşağı olan bakalavr tələbələrinin təhsil haqqı tamamilə ödəniləcək.
Bu təşəbbüs tələbələrə maliyyə yükünü azaltmaq, təhsilə çıxışı asanlaşdırmaq və daha geniş imkanlar yaratmaq məqsədi daşıyır. Universitet rəhbərliyi bildirib ki, bu addım gənclərin yüksək keyfiyyətli təhsil almalarına dəstək olmaq üçün atılan önəmli bir addımdır.
Johns Hopkins Universiteti həmçinin tələbələrə müxtəlif təqaüd və maliyyə yardımı proqramları ilə əlavə dəstək göstərməyi davam etdirəcək. Bu yenilik tələbələrin təhsilə tam fokuslanmasına və akademik uğurlarına kömək edəcək.
Bu qərar ABŞ-da təhsil sahəsində bərabər imkanların yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

