“İxtisas seçimində abituriyentlər mütləq sevdiyi peşəni yazmalıdır ki, gələcəkdə qarşısına çıxan maneələrlə, problemləri rahat həll etsin. Çünki əgər peşənə sevgi ilə bağlısansa, heç nə səni yolundan döndürə bilməz.”
Bu fikirləri “Tehsil365“ə açıqlamasında psixoloq İlkin Məmmədkərimov deyib. O bildirib ki,
Bu mövzuda bəzən ailələr təzyiq göstərməyə çalışır. Amma bu düzgün deyil. Seçim abituriyentin özünə buraxılmalıdır ki, o öz marağına, istedadına uyğun istədiyi sahəni seçsin. Çünki onlar gələcəkdə ancaq bu şəkildə, sevdikləri işi görərək uğur qazana bilərlər.
Nəticə olaraq psixoloq qeyd edir ki, sevdiyin peşə eyni zamanda gələcəyidir:
Sevdiyi peşəni seçən insan həm işinə bağlı olur, həm də həyatından razı qalır. Bu seçim ona həm uğur, həm də daxili rahatlıq gətirir. Deməli, insan üçün ən doğru yol — ürəyinin çağırışına uyğun peşəni seçməkdir.

