Bu gün gündəlik mətbəximizin ayrılmaz hissəsi olan soğanla bağlı maraqlı fakt ortaya çıxıb. Alimlər soğanın həm sağlamlıq, həm də məişət sahəsində düşündüyümüzdən daha çox funksiyaya malik olduğunu bildirir
“Tehsil365” xəbər verir ki,soğanın kəsildikdə göz yandırmasının səbəbi müdafiə mexanizmidir – bitki özünü qorumaq üçün xüsusi qaz ifraz edir. Həmçinin araşdırmalara görə, soğan bakteriyalara qarşı güclü təsir göstərən təbii bir antiseptikdir. Bu tərəvəz həm immuniteti gücləndirir, həm də ürək-damar sağlamlığını dəstəkləyən maddələrlə zəngindir.
Mütəxəssislər soğanın gündəlik rasionda yer almasının sağlamlıq üçün əhəmiyyətli olduğunu vurğulayır. Görünür, ən sadə tərəvəzlər belə böyük təsir gücünə sahib ola bilir.

