Təhsil 365 - Logo Mobile

Bakıda "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı konfrans keçirilib

12617.11.2025 - 06:08
Bakıda "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı konfrans keçirilib

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfrans keçirilib.

Tehsil365” xəbər verir ki, tədbir icmanın 2025-ci il üçün təsdiq olunmuş Tədbirlər Planının 15-ci bəndinə uyğun olaraq "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.

Bildirilib ki, beynəlxalq konfransın məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış şəxslərin öz doğma yurdlarına ləyaqətlə qayıtmaq hüququnun insan hüquqları, beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində elmi əsaslarla öyrənilməsi və qiymətləndirilməsidir.

Tədbir Azərbaycanın dövlət himni səsləndirilməsi ilə açıq elan olunub, ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açılış nitqi ilə açan Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, qurumun 11 müraciəti BMT-də əsas sənəd kimi yayımlanıb:

"Təşkilatın əsas hədəfi tarixi torpaqlarımıza qayıdış hüququnu təmin etməkdir ki, burada da əsas istinad nöqtəsi beynəlxalq hüquqdur. Bununla bağlı xarici ölkələrlə və təşkilatlarla dialoqdayıq. Həmçinin BMT-də yayımlanan sənədlərdə vurğulanıb ki, biz birgəyaşayışa, dinc qayıdışa hörmət edirik".Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov isə "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" mövzusunda çıxış edib:

"Soyqırımı anlayışı geniş məzmun daşıyır və yalnız fiziki deyil, eyni zamanda, mənəvi məhvetmə, yəni mədəni soyqırımı da özündə ehtiva edir. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irs nümunələrinin, abidələrin, tarixi toponimlərin məhv edilməsi və dəyişdirilməsi, həmçinin Azərbaycanın milli-mədəni irsinin mənimsənilməsi - bütün bunlar mədəni soyqırımın bariz nümunələridir. Ermənilər Qərbi Azərbaycanda bu əlamətlərin demək olar ki, hamısını həyata keçiriblər. Tarixi abidələrimizin dağıdılması, onların bünövrəsinədək sökülməsi, toponimlərimizin dəyişdirilməsi, maddi və qeyri-maddi irsimizin mənimsənilməsi bunun açıq göstəricisidir. Məsələn, İrəvanda yerləşən bir sıra qədim Azərbaycan abidələrinin bu gün başqa xalqlara məxsus kimi təqdim edilməsi bu prosesin davamıdır".

Konfransda çıxış edən Vyana Universitetinin hüquq sahəsi üzrə dosent doktoru Yeganə Məsimova isə vurğulayıb ki, Qərbi azərbaycanlıların beynəlxalq statusuna yenidən baxılmalıdır:

"Beynəlxalq mexanizmlərin tətbiqi ilə onların ata-baba yurdlarına qayıdışı mümkündür. Bunu isə işləyib hazırlamaq lazımdır".

Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev isə bildirib ki, Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı tam mümkündür:

"Bu gün torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz bərpa olunub. Qərbi Azərbaycanlıların da Ermənistana qayıdışı beynəlxalq hüquqa, aktlara tam uyğundur"

Sonda isə Əziz Ələkbərli "Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında" Qanun layihəsinin hazırlanıb Milli Məclisə təklif edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, qaçqın və deportasiya olunmuş şəxslərin hüquqi statusu, mülkiyyət hüquqlarının müdafiəsi və AİHM təcrübəsində qiymətləndirilməsi, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin sülh prosesi və onun qayıdış hüququna təsiri, işğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonrakı məsuliyyət mexanizmləri, əhalinin köçürülməsi, mədəni hüquqların bərpası və mülki-hüquqi mexanizmlər, qayıdış konsepsiyasının həyata keçirilməsini təmin edən beynəlxalq hüquqi alətlər və praktiki mexanizmlər üzrə elmi-nəzəri və praktiki müzakirələr aparılıb.





Amidə Zeynalova

Xəbər Lenti

Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Məktəblilər arasında basketbol çempionatının rayon və zona mərhələləri davam edir18.11.2025 - 18:33
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00