Təhsil 365 - Logo Mobile

Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısına həsr olunmuş konfrans keçirilib

10317.11.2025 - 09:00
Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısına həsr olunmuş konfrans keçirilib

Noyabrın 15-i Naxçıvan Dövlət Universitetində Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin deputatı, Naxçıvan MSSR-in Əməkdar müəllimi, tanınmış maarifçi Nazlı xanım Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

‘’Tehsil365’’ Azedu.az-a istinadən xəbər verir ki, yubiley tədbirindən əvvəl görkəmli pedaqoq Nazlı Nəcəfovanın Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub.

Tədbirdə Nazlı Nəcəfovanın həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev keçirilən yubiley konfransının böyük əhəmiyyətə malik olduğunu bildirib. Rektor tanınmış maarifçi Nazlı Nəcəfovanın fəaliyyəti qadınların təhsil imkanlarının genişlənməsi, maarifçilik ideyasının yayılması və cəmiyyətin tərəqqisi naminə həsr etdiyi mənalı ömür sürdüyünü qeyd edib.  Digər repressiya qurbanları kimi, xalqının aydınlanması, cəhalətlə savaşı üçün göstərdiyi şücaətdən bəhs edən  Elbrus İsayev Nazlı Nəcəfova kimi ziyalılarımızı bu gün nümunə olaraq tələbələrə tanıtmağın vacibliyini vurğulayıb.Rektor qeyd edib ki, qadın azadlığının məhdud olduğu dövrdə Nazlı  Nəcəfovanın keçdiyi çətin sınaqlı yolların arxasında xalqa, millətə sevgi və əsl vətənpərvərlik hissləri dayanırdı. O Azərbaycan maarifçilik mühitinin inkişafında böyük töhfə sahibidir.  İrəvan və Naxçıvanda qızlar üçün məktəblərin açılmasında əməyini əsirgəməyən Nazlı Nəcəfovanın həyat və yaradıcılığı universitetdə təhsil alan tələbələr üçün  geniş bir araşdırma mövzusudur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qadınların təhsilli cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Elxan Nəcəfovun sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə, cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Nazlı Nəcəfovanın muxtar respublikada qadınların təhsili və inkişafı istiqamətində ozamankı çətin dövrlərdə atdığı addımların çox mühüm işlər olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, gənc qızların təhsilinə istər o zaman, istərsə də hazırda qoyulan sərmayə onların cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Ramilə Seyidova bildirib ki, təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.

Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sevinc Abbasova görkəmli pedaqoq Nazlı Nəcəfovanın yaradıcılığının bugünkü qadınların ictimai fəaliyyətinə işıq saçdığını söyləyib. Onun fədakar fəaliyyəti bu gün bir dərslik rolunu oynayır. Öz elmi araşdırmalarına toxunan Sevinc Abbasova Nazlı xanım Nəcəfovanın həyat və yaradıcılığından da ilhamlandığını diqqətə çatdırıb. Müəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” adlı kitabını maarifpərvər ziyalının nəticəsi Cabbar Hüseynliyə hədiyyə olaraq təqdim edib.

Nazlı Nəcəfovanın nəticəsi, elm və təhsil sahəsi üzrə Prezident mükafatçısı Cabbar Hüseynli görkəmli elm fədaisi  Nazlı Nəcəfova haqqında səsləndirilən dəyərli fikirlərə və konfransın yüksək səviyyədə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.

Yekunda NDU-nun Fizika-riyaziyyat fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əsmər Mikayılovaya ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edilib.

Tədbirdən sonra Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı olub.

Sevinc Yarməmmədova

Xəbər Lenti

Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Məktəblilər arasında basketbol çempionatının rayon və zona mərhələləri davam edir18.11.2025 - 18:33
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00