Təhsil 365 - Logo Mobile

Dərsdən sonra məktəblərdə qalacaq müəllimlər KİMLƏRDİ - SİYAHI

10317.11.2025 - 09:30
Dərsdən sonra məktəblərdə qalacaq müəllimlər KİMLƏRDİ - SİYAHI

Dərsdən sonra məktəblərdə qalacaq müəllimlər KİMLƏRDİ?

Tehsil365“ xəbər verir ki. Müəllim cəmiyyətin maarif körpüsüdür. Sağlam düşüncənin daşıyıcısı, şagirdin ilk intellekt modeli, ictimai təfəkkürə yön verən şəxsdir. Ona görə də “müəllimlər ordusu” ifadəsi təsadüfi deyil. Burada söhbət böyük, güclü və təsirli bir qüvvədən gedir.

Belə bir ordunun kütlə yanaşması nümayiş etdirməsi isə müəllim peşəsinin mahiyyətinə və cəmiyyətin onlara verdiyi dəyərə uyğun gəlmir.

Son günlərin müzakirələrinə baxanda kütlə psixologiyasının izlərini açıq görürük. Halbuki dəyişikliklərə münasibətdə daha analitik, daha ölçülü-biçili və daha faktlara söykənən yanaşma gözlənilir.

Müzakirələrin böyük hissəsi məhz bu yanlış nəticədən qaynaqlanır. Bu, yeni layihənin əsas hədəfi deyil və mövzu belə təqdim edilməyib.

Bilməyənlər bilsin, rəsmi açıqlama da belə oldu, hətta sertifikasiyadan 50 baldan yüksək nəticə göstərən müəllimlər üçün proses müraciət əsasında, könüllü şəkildə formalaşacaq. Yəni heç kim bütün müəllimləri məcburi şəkildə saat 18:00-a qədər məktəbdə saxlamaq niyyətində deyil. Və bu, könüllülük əsasında sertifikasiyada 50 baldan çox göstəricisi olanlara şamil ediləcək.

Maraqlı sual isə buradadır. Sertifikasiyadan 50 baldan çox toplamaq nə qədər müəllimə müyəssər olub? Bizdə olan statistika odur ki, bu göstərici müəllimlərin ümumi sayının təxminən 25 faizindən aşağıdır.

Və daha düşündürücü məqam məhz sertifikasiyada aşağı nəticə göstərən müəllimlərin səs-küyü daha çoxdur. Bu isə obyektiv yanaşmanı kölgəyə salır və real problemlərin müzakirəsinə imkan vermir.

Hörmətli müəllimlər, siz maaşınızın artırılmasını istəyirsiniz, bu, tamamilə haqlı tələbatdır. Evinizdə repetitorluq edirsiniz, dərs keçir, hazırlıq aparırsınız, əlavə gəlir qazanırsınız. Amma eyni işi məktəbdə, daha şəffaf, daha təhlükəsiz, daha sistemli şəkildə edib əlavə qonorar almağa niyə qarşı çıxırsınız?

Valideynlər övladlarını fərqli ünvanlara müəllim yanına aparmaq istəyər, yoxsa məktəbin özündə, müəllimin öz kabinetində, nəzarətli şəraitdə öyrənməsinə üstünlük verər?

Bu sualın cavabı sadədir, sonda qazanacaq tərəf həm şagird, həm müəllim, həm də məktəb mühitidir.

Tənqid yazmaq, etiraz etmək, fikir bildirmək hər kəsin haqqıdır. Amma müəllim fərqli olmalıdır. Çünki müəllim öyrədir,müəllim örnəkdir, müəllim cəhalətə qarşı mübarizə aparır. Odur ki, müəllim fakt və məntiqlə danışmalıdır.

Qərar verəndə, sosial şəbəkədə fikir bildirəndə, yayılan yanlış şayiələrin təsirinə düşməyin. Kütlə düşüncəsi ilə yox, peşəkar düşüncə ilə hərəkət edin. Axı müəllim cəmiyyətin işığını yandıran qüvvədir. İşiniz avand olsun, seçim də sizin, yol da sizin.

Etiraf etmək lazımdır ki, rəsmi qurumların bu məsələni qəfil gündəmə gətirməsi cəmiyyətdə şok effekti yaratdı. Çünki belə məsələlər normalda geniş izahdan sonra, müzakirələrlə, pilot layihələrlə, təhlil və əsaslandırmalarla addım-addım tətbiq olunmalıdır. Birbaşa elan edilməsi təbii ki, emosional reaksiyaların yaranmasına səbəb oldu. Bunu rəsmilər də hesabalamamış deyildilər. Amma bu, heç bir halda mahiyyətin yanlış təqdim edilməsinə və müəllimlərin çaşqınlıq içində qalmasına səbəb olmamalıdır.

Təhsildə dəyişikliklər qaçılmazdır. Cəmiyyət inkişaf etdikcə, məktəb sistemi də yenilənməlidir. Bu islahatların hədəfini müəllimi cəzalandırmaq mestəvisinə gətirməyin. Bu islahatlar müəllimi gücləndirmək, məktəbdə keyfiyyəti artırmaq, repetitorluğun kölgəsini məktəbdaxili mexanizmlərlə əvəz etməkdir.

Müəllimlərimizdən hamımızın gözləntisi isə məsələlərə kütlə psixologiyasından uzaq durub analitik düşüncə ilə yanaşmaq. Axı siz öyrədənsiniz, hörmətli müəllimlər.

Leyla Ağakişiyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05