Dövlət proqramlarının icrası ilə bağlı “2024-2027 –ci illərdə su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya” ya dair fəaliyyət çərçivəsində "İqlim dəyişmələri və onun gender bərabərsizliyinə təsiri” adlı dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, noyabrın 14-də Azərbaycan Dillər Universiteti Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın təşkilatçılığı, müəllim-tələbə heyətinin iştirakı ilə “2024-2027 –ci illərdə su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya” ya dair fəaliyyət çərçivəsində “İqlim dəyişmələri və onun gender bərabərsizliyinə təsiri” mövzusunda interaktiv təlim-seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva ölkəmizin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ilə əlaqədar olaraq universitetimizdə iqlim dəyişikliyi istiqamətində müxtəlif və çoxsaylı tədbirlərin keçirildiyini vurğulamış, mövzunun son dərəcə aktual olduğunu xüsusilə qeyd edib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərman və sərəncamları və Nazirlər kabinetinin qərarları və strategiyası, Elm və Təhsil Nazirliyinin göstərişinə əsasən Dövlət proqramlarının icrasına yönəlmiş “2024-2027 –ci illərdə su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya” ilə bağlı fəaliyyət çərçivəsində “İqlim dəyişmələri və onun gender bərabərsizliyinə təsiri”i haqqında qısa məlumat verib. Dünyada və Azərbaycanda su hövzələrinin qoruması və səmərəli istifadəsi, ətraf mühit və gender bərabərliyinin təmin olunması BMT –nin 17 dayanıqlı inkişaf məqsədlərindəndir.
Tədbirin qonağı, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova Azərbaycanda və qlobal müstəvidə dayanıqlı inkişaf kontekstində iqlim dəyişmələrinin sosial təsirləri mövzusunda çıxış edib və iqlim dəyişikliyinin təbii amillər daxil olmaqla antropogen təsirlərindən danışaraq dünyanın ekoloji və su böhranlarının daha da dərinləşdiyini qeyd edib. Hafizə İmanova Azərbaycanın qlobal iqlim dəyişmələrinə verdiyi töhfələri COP29 kontekstində xüsusilə qeyd edərək, ənənəvi neft sektoru ölkəsinin yaşıl iqtisadiyyata keçidinin təzahürlərini də vurğulayıb. O, eyni zamanda Cənubi Qafqaz regionunda gələcəkdə su problemi yaşanma ehtimalı kimi Azərbaycanın Qarabağ reginunda böyük su anbarlarını yenidən qaytarması və eləcə də çay sularının təmizlənməsi məsələsinə də toxunaraq, dövlət strategiyasının əsas inkişaf etdirdiyi sahələrdən biri olduğunu qeyd edib.
Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova gender bərabərliyi məfhumu haqqında məlumat verərək dünya dövlətlərinin bu istiqamətə xüsusi həssaslıqla yanaşdığını vurğulayıb, bu sahədə çoxsaylı konvensiyaların, konstitusiya müddəalarının və normativ aktların qəbul olunduğunu qeyd edib. Daha sonra iqlim dəyişmələri və su probleminin bütün bəşəriyyətə, xüsusilə də qadınlara göstərdiyi neqativ təsirlərdən danışaraq problemin sosial və humanitar ölçülərinə diqqət çəkib. Tədbirin sonunda “İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi” və BMT-nin su problemi ilə əlaqəli sosial çarx təqdim olunub.
Tədbir interaktiv formada təşkil olunub. Sonda aktiv iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

