Təhsil 365 - Logo Mobile

Rəşad Nəbiyev: "Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır"

20317.11.2025 - 17:13
Rəşad Nəbiyev: "Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır"

"Telekommunikasiya sahəsində bu nüfuzlu beynəlxalq forumun ilk dəfə olaraq Cənubi Qafqazda və Mərkəzi Asiyada məhz Azərbaycanda keçirilməsi mühüm bir mərhələdir".

Təhsil365” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimində deyib.

O bildirib ki, bu, Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzunmüddətli və səmərəli əməkdaşlıq ənənələrini əks etdirir və ölkəmizin qlobal rəqəmsal inkişaf sahəsində aparıcı mövqeyə malik olduğunu açıq şəkildə göstərir:"Bu konfransın məqsədi - telekommunikasiya və informasiya texnologiyaları sahəsində dünyanın müxtəlif bölgələrindən tənzimləyici qurumları, beynəlxalq təşkilatları və maraqlı tərəfləri bir araya gətirərək inklüziv və davamlı rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal əlçatanlığın genişləndirilməsi üzrə strategiyaların və tənzimləyici çərçivələrin təkmilləşdirilməsi mövzularında müzakirələri gücləndirməkdir".

Rəşad Nəbiyev vurğulayıb ki, dünya artıq yeni rəqəmsal eraya daxil olub:"Bu gün texnoloji inkişaf və rəqəmsallaşma ölkələrin inkişaf səviyyəsini müəyyən edən və bəşəriyyətin gələcəyini formalaşdıran əsas amillərdən birinə çevrilib. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər irəlilədiyi bir dövrdə hələ də iki milyarddan çox insan internetə çıxış imkanından məhrumdur. Müasir dünyada heç bir ölkə və heç bir fərd rəqəmsal gələcəyin kənarında qalmamalıdır. Bu məsələnin təmin edilməsi bizim ümumi məsuliyyətimizdir.

Azərbaycanın qeyri-neft iqtisadiyyatında kommunikasiya texnologiyaları sahəsi aparıcı qüvvəyə çevrilib və son dörd il ərzində strateji inkişaf tempini qoruyub-saxlayıb. Bütün bunlar süni intellektin inkişafı, kibertəhlükəsizliyin gücləndirilməsi və rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl səylərlə dəstəklənib. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik memarlığının əsas sütunlarından biridir."Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər" sənədinə uyğun olaraq, rəqəmsal iqtisadiyyatın inkişafı ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, dövlət və özəl sektor arasında əməkdaşlığa xüsusi önəm veririk".

O əlavə edib ki, Azərbaycan 100% genişzolaqlı internet təminatı ilə regionda lider mövqedədir:"Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır. SİMA adlanan biometrik rəqəmsal imza sistemi artıq 3.6 milyon istifadəçi tərəfindən tətbiq olunub və 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya edilib. Azərbaycanın BMT-nin Dövlət İnkişafı İndeksinin ən yüksək kateqoriyasına daxil olması təsadüfi deyil. Hədəfimiz növbəti beş il ərzində bu indeks üzrə ilk 40 ölkə sırasına daxil olmaqdır.

Bu gün Bakı təkcə qlobal telekommunikasiya qovşağı deyil, həm də rəqəmsal sahədə beynəlxalq əməkdaşlıq mərkəzidir".

Zərda Əliyeva

Xəbər Lenti

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi nəşr edilib19.11.2025 - 10:35
Daha bir ali məktəbimiz reytinqdə lider oldu19.11.2025 - 10:20
Bakalavr və magistr təhsili arasındakı əsas fərqlər hansılardır?19.11.2025 - 10:05
AzMİU-da “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib19.11.2025 - 09:50
İnsan şüuru necə formalaşır?19.11.2025 - 09:35
Rusiyanın dağ yəhudilərinə azərbaycanlı rejissorun filmi təqdim olunub19.11.2025 - 09:20
Mirzə Fətəli Axundzadənin adı Qarsda əbədiləşdirilib19.11.2025 - 09:05
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı19.11.2025 - 08:54
‘’Time" jurnalının versiyasında "İlin adamı" süni intellekt ola bilər19.11.2025 - 08:40
Yeni ilə görə bir həftə tətil olacağı gözlənilir19.11.2025 - 08:26
Növbəti il təhsil və elmə 5,2 milyard ayrılacaq19.11.2025 - 08:10
2026-cı ilin büdcəsində təhsil xərcləri artırılır19.11.2025 - 07:54
"Kitabxanalara müraciət edənlərin sayı azalıb"- Açıqlama19.11.2025 - 07:40
Azərbaycan Universiteti və Milli Məclisin Elm və təhsil komitəsi birgə tədbir keçirib19.11.2025 - 07:25
Laçında şagirdlər payız tətilini həm öyrənərək, həm də əylənərək keçirirlər19.11.2025 - 07:08
Xərçəng geninə qarşı yeni dərman hazırlanıb19.11.2025 - 06:50
Azərbaycanda yeni fənn tədris olunacaq - Nazir19.11.2025 - 06:50
AZAL-dan telefonlarla bağlı qadağa19.11.2025 - 06:45
Xalq artisti Roza Cəlilova vəfat edib19.11.2025 - 06:34
Alman dili müəllimlərinin peşəkar inkişafına həsr olunmuş növbəti görüş keçirilib19.11.2025 - 06:30
Maştağada yeniyetmə parkda yıxılaraq ölüb19.11.2025 - 06:22
Rusiyanın ilk robotu cəmi 1 dəqiqə ayaqda qala bildi19.11.2025 - 06:20
ADNSU müəllimləri “Dünya keyfiyyət həftəsi 2025”-də iştirak ediblər19.11.2025 - 06:08
“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” 19.11.2025 - 05:50
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib19.11.2025 - 05:50
Alimlər sosial şəbəkədən istifadə edərək xəstəliyin yayılmasını proqnozlaşdırmağı öyrəniblər19.11.2025 - 05:38
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib19.11.2025 - 05:26
Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub19.11.2025 - 05:20
Bu gün 22 dərəcə isti olacaq19.11.2025 - 05:12
LDU-da AMEA-nın 80 illiyinə həsr olunmuş tədbir keçirilib19.11.2025 - 05:06
Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Məktəblilər arasında basketbol çempionatının rayon və zona mərhələləri davam edir18.11.2025 - 18:33
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55