17 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçiləri Nərmin Xəlilova və Fidan Novruzova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Peşəkar kommunikasiya və emosional zəka: komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılara peşəkar ünsiyyətin əsas prinsipləri, aktiv dinləmə bacarıqları və ünsiyyətdə çətinlik yaradan strategiyalar barədə məlumat verilib. Komandanın səmərəli fəaliyyətində emosional zəkanın rolu, komponentləri və tətbiq sahələri izah olunub. Birliyin əhəmiyyəti, əsas elementləri və komanda daxilində sağlam əməkdaşlığı gücləndirən yanaşmalar vurğulanıb. Daha sonra bu mövzular praktiki tapşırıqlarla möhkəmləndirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

