Azərbaycanlı yazıçı Rəvanə Kərimova “Qanlı Qədəh” əsərinin müəllifidir.
“Tehsil365” xəbər verir ki, Yazı prosesində vaxt çatışmazlığının onun üçün ən böyük çətinlik olduğunu bildirən Kərimova, eyni anda bir çox işlə məşğul olmasının yazı işinə təsir etdiyini vurğulayır. “Günün sonunda yorğun beyin və bədənlə qarşılaşıram, amma yazmaq məni çox rahatladır,” – deyə müəllif qeyd edir.
Oxuculardan gələn reaksiyalar isə Rəvanə Kərimova üçün həm təəccüb, həm də böyük sevinc mənbəyidir. O, xüsusilə yazı dilinin yüksək qiymətləndirilməsindən və “Qanlı Qədəh”in Wattpad platformasında Azərbaycan dilində oxunan ilk kitab olması ilə bağlı rəylərdən çox məmnun olduğunu bildirir.
Bu əsər, müəllifin şəxsi həyatında yaşadığı dərin hisslərdən və yaddaşla bağlı sirli hadisələrdən ilhamlanaraq yazılıb və oxucular arasında maraqla qarşılanıb. Rəvanə Kərimova öz təcrübəsindən və oxucu rəylərindən bəhs edərək, yazı fəaliyyətinə davam etmək üçün motivasiya aldığını vurğulayır.

