Azərbaycan mütəxəssisləri bildirirlər ki, ölkədə gender bərabərliyi prinsipləri pozulmur. Qadınlara azad düşünmək, azad yazmaq, öz fikrini ifadə etmək, söz və vicdan azadlığından istifadə etmək hüquqları tam şəkildə təmin edilir. Rəsmi qurumlar və ictimai təşkilatlar qeyd edirlər ki, qadınlar cəmiyyətdə kişilərdən zəif tutulmur və onların sosial həyatda iştirakına geniş şərait yaradılıb.
‘‘Tehsil365’’ bildirir ki, əmiyyətdə aparılan müşahidələr göstərir ki, Azərbaycan qadınları təhsildə, mətbuatda, dövlət idarəçiliyində, elmdə və ictimai fəaliyyətlərdə aktiv şəkildə yer alırlar. Bu da gender bərabərliyinin praktikada necə tətbiq edildiyini nümayiş etdirir.
Tarixi mənbələr xatırladır ki, Türk dünyasında qadın–kişi bərabərliyini ilk tanıyan dövlət məhz Azərbaycan olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ vermişdi. Bu addım o dövrdə Avropanın bir çox ölkəsindən belə qabaqda idi. Bu qərar həm Türk dünyası, həm də bütövlükdə Şərq üçün mühüm dönüş nöqtəsi hesab edilir.
Bu gün də Azərbaycan qadınları ictimai-siyasi həyatda fəal iştirak edir, öz sözlərini sərbəst şəkildə ifadə edir və ölkənin sosial inkişafında böyük rol oynayırlar. Mütəxəssislər qeyd edirlər ki, tarixi ənənələr və müasir dövlət siyasəti gender bərabərliyinin davamlı şəkildə qorunmasına şərait yaradır.

