Təhsil 365 - Logo Mobile

Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir

8418.11.2025 - 13:00
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir

Özbəkistan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Andican Dövlət Texniki İnstitutunun (ADTİ) 9 nəfərdən ibarət nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

Tehsil365” xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan ilə Özbəkistan xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin əsrlərə dayandığını bildirib. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm addımları önə çəkən rektor səmimi, isti münasibətlərin iki ölkənin təhsil və elmi sahədə əməkdaşlığına geniş imkanlar yaratdığını vurğulayıb. Yaqub Piriyev BMU-nun son illərdə güclənən beynəlxalq əlaqələrinə, nüfuzlu reytinqlərdə irəliləməsinə toxunub, həmçinin Cənubi Koreya və Çin universitetləri ilə birgə ikili diplom proqramlarının uğurla icra olunduğunu diqqətə çatdırıb. Rektor universitetin beynəlxalq əməkdaşlıq strategiyasında Mərkəzi Asiyanın qabaqcıl ali məktəblərinə önəm verildiyini deyərək bu ilin mayında Andican şəhərində Birinci Rektorlar Forumu çərçivəsində BMU ilə Özbəkistanın 3 universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. Onlardan biri kimi ADTİ ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları müsbət qiymətləndirib.

ADTİ-nin nümayəndələri səmimi qəbula görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildirib və təmsil etdikləri ali məktəb haqqında geniş təqdimatla çıxış ediblər. Qeyd olunub ki, BMU-ya səfər (17-24 noyabr) və birgə gerçəkləşdirilən peşəkar təcrübə proqramı iki universitet arasında əlaqələrin inkişafına daha geniş imkanlar açacaq. Proqrama əsasən, ADTİ nümayəndələrinin BMU-da mühazirələr təqdim edəcəyi, tədris metodikası və akademik idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılacağı, habelə bu proqramın mühəndislik təhsilinin inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə, eləcə də elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sonra iki ali məktəb arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın inkişafını nəzərdə tutan 2025-2030-cu illər üzrə yol xəritəsindən irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda birgə tədris proqramları, tələbə-müəllim mübadiləsi, elmi layihələrin icrası və texnoloji təşəbbüslərin inkişafı ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinin BMU-nun fakültələri, laboratoriyaları ilə tanış olması, habelə tədris metodlarının təkmilləşdirilməsi, avtomobil mühəndisliyi, nəqliyyat logistikası və akademik idarəetmə sahələrində əməkdaşlığın gücləndirilməsi yönündə birgə işin aparılması nəzərdə tutulur.


Könül Əsgərova

Xəbər Lenti

Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00
UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir18.11.2025 - 11:55
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək18.11.2025 - 11:45
Türkmən ədəbiyyatının tarixi inkişaf yolu: Folklordan müasir poeziyaya18.11.2025 - 11:30