Təhsil 365 - Logo Mobile

Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub

8818.11.2025 - 13:47
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub

Cənubi Koreyanın “Incheon newspaper” qəzetində Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra edilən ikili diplom proqramı (BMU-İNHA İDP) haqqında məqalələr dərc olunub.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə BMU-dan məlumat verilib. Bildirilib ki, “İNHA Universiteti və Bakı Mühəndislik Universiteti əməkdaşlığı: qlobal kadrların hazırlanmasında yeni mərhələ” və “İNHA Universiteti – BMU əməkdaşlığı “K-təhsilin möhkəmlənməsi” üçün səmimi ünsiyyət və əməkdaşlıq… qlobal kadr hazırlığında” başlıqlı məqalələrdə iki universitet arasında əməkdaşlıq qlobal kadrların hazırlanmasında yeni mərhələ kimi qiymətləndirilib. Proqramın 2020-ci ildə imzalanan əməkdaşlıq sazişinə əsasən həyata keçirildiyi, “3+1 modelinə uyğun olaraq tələbələrin təhsillərinin üç ilini BMU-da, bir ilini isə İNHA Universitetində davam etdirərək, hər iki ali təhsil müəssisəsinin diplomunu aldıqları vurğulanıb.

Məqalədə qeyd olunub ki, universitetlər müvafiq ixtisaslar üzrə tədris proqramlarının hazırlanmasında və idarə edilməsində birgə uğurlu fəaliyyət göstərir.

Həmçinin məqalələrdə İDP çərçivəsində tədris prosesinin növbəti monitorinqinin aparılması və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədi daşıyan İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyətinin Bakıya ötən ay baş tutan səfərinə toxunulub. Görüşlər zamanı tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə imkanlarının genişləndirilməsi və proqramın ikinci mərhələsi üzrə yeniliklərin müzakirə olunduğu, tərəflər arasında davamlı ünsiyyət, müntəzəm monitorinq və birgə idarəetmənin proqramın keyfiyyətinin yüksəlməsinə şərait yaratdığı vurğulanıb. Cari ildən etibarən İDP-nin ikinci mərhələsinin həyata keçirildiyi, layihənin müddətinin uzadılaraq 2030-cu ilə qədər davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ayrıca qeyd olunub, yeni mərhələdə tədris proqramına data analitikası/data elmləri və kompüter mühəndisliyi/süni intellekt (AI) mühəndisliyi ixtisaslarının əlavə edildiyi bildirilib.

Eyni zamanda, proqramın uğurlu nəticələri kimi indiyədək iki buraxılış üzrə ümumilikdə 143 tələbənin həm İNHA-nın, həm də BMU-nun diplomunu əldə etdiyi qeyd olunub.

Səma Qarayeva

Xəbər Lenti

Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00
UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir18.11.2025 - 11:55
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək18.11.2025 - 11:45
Türkmən ədəbiyyatının tarixi inkişaf yolu: Folklordan müasir poeziyaya18.11.2025 - 11:30