Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə fakültə dekanı, professor İbrahim Kazımbəyli açaraq 17 noyabra gedənn tarixi yolu dərindən təhlil edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başlaması, azərbaycanlıların kütləvi şəkildə Ernənistan SSR ərazisindən (əslində tarixi Azərbaycan torpaqlarından) deportasiya edilməsinin vəziyyəti xeyli gərginləşdirdiyini qeyd edib. Xalq ayağa qalxaraq mərkəzin (Moskvanın) diqtəsi ilə Azərbaycana qarşı aparılan bu haqsız siyasətə qarşı öz haqq səsini qaldıraraq nümayişlərə başlayıb.Tez bir zamanda hərakat Ümumrespublika xarakteri aldı. Bütün bu hadisələr məntiqi ardıcıllıqla davam edərək Azərbaycanın müstəqilliyinin tələb olunması ilə daha da alovlanıb.
“Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti-Namiq Kərimov- “Dirçəlişə aparan yol” mövzusunda çıxış edərək həmin vaxt beynəlxalq münasibətlərdə baş verən prosesləri ölkə daxilində cərayan edən hadisələrə təsirləri və bunun nəticələri haqqında məlumat verib. Beynəlxalq Münasibətlər kafedrasının dosenti Namiq Əsədov: “Milli özünüdərkin qələbəsi” mövzusunda çıxış edərək Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüz, Sovet rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı Azərbaycan xalqının apardığı mübarizə ilə kommunist ideoligiyasından sıyrılaraq yeni milli kimlik qazandığını bildirib. Çıxışlardan sonra mövzu ətrafında Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva “Yenidənqurma və aşkarlıq” adı altında aparılan siyasətlə bağlı öz fikirlərini bildirib. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov geniş çıxış edərək Milli hərakatın mühüm aspektlərini, xüsusən də ziyalıların bu prosesdə aparıcı rolunu vurğulayıb.
Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifova da müzakirələrə qoşularaq münasibətini bildirib.

